13 Oktyabr 2011 07:10
485
Mədəniyyət
A- A+

Sənətşünas alim Kərim Kərimovun 90 illiyinə həsr edilmiş sərgi açılmışdır

 

Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, milli sənətşünaslıq məktəbinin yaradıcılarından biri, AMEA-nın müxbir  üzvü, sənətşünaslıq doktoru, professor Kərim Kərimovun anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılmışdır.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək K.Kərimovun mənalı ömür yolundan və zəngin yaradıcılığından danışmışdır.

Bildirmişdir ki, K.Kərimovun elmi fəaliyyəti  Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, Azərbaycanın  bir çox sənət əsərlərinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqi işinə həsr edilmişdir. Təbriz və Qəzvin miniatür məktəblərinin kəşfi və  elmi araşdırılması, onların yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi K.Kərimovun adı ilə bağlıdır. O, Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilmiş, mədəniyyət abidələrinin qorunması və bərpası metodiki şurasının və digər şura və komissiyaların üzvü olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Sonra tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuş və alimin elmi yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.

Sərgidə alimin həyat və yaradıcılığını, elmi nailiyyətlərini əks etdirən virtual görüntülər, Azərbaycan dilində  və xarici dillərdə nəşr olunmuş 100-dən çox kitab, monoqrafiya, məqalə və fotomateriallar nümayiş olunur.

Sərgi oktyabrın 30-dək davam edəcəkdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video