30 Mart 2020 22:43
1178
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyinin rəsmisi: Təəssüf ki, bəzi vətəndaşlar koronavirus təhlükəsini hələ də dərk etmirlər

 
Son zamanlar ölkə daxilində də insanların bir-birini koronavirus infeksiyasına yoluxdurma hallarında artım qeydə alınır. İnfeksiyaya daxili yoluxma hallarının daha da artmasının qarşısını almaq məqsədilə məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olunub. Buna səbəb bəzi vətəndaşların hələ də koronavirus təhlükəsini dərk edə bilməməsi, xəbərdarlıqlara məhəl qoymamasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, xəbərdarlıqlar arasında insanlarla yaxın təmasdan çəkinmək də var. Çünki koronavirusun inkubasiya dövrünü nəzərə alsaq, hətta xəbərimiz olmadan belə həmin virusun daşıyıcısı ola bilərik. Lakin bəzi vətəndaşlar buna məhəl qoymur, qonaq gedir, evlərinə qonaq çağırırlar. Xüsusi karantin rejimi də belə halların qarşısını almağa yönəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video