09 Aprel 2021 12:56
977
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyinin nümayəndəsi: Yaşı 30-dan yuxarı olanlar hər gün müraciət edərək, peyvənd vurdurmaq istədiklərini bildirirlər

 

Bir neçə ay bundan əvvəl insanlar yeni növ koronavirusa (COVID-19) yoluxmaqdan ehtiyat edirdilərsə, indi ona qarşı tətbiq edilən vaksinlərə qarşı onların bəzilərində müxtəlif şübhələr və narahatlıqlar var. Təəssüf ki, bəzi vətəndaşlarda bu cür münasibət hələ də gündəmin əsas mövzusu olaraq qalır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bununla əlaqədar olaraq deyib: “COVID-19-la mübarizədə peyvənd çox əhəmiyyətli rol oynayır. Lakin onun barəsində əhali arasında fikirlər heç də birmənalı deyil. Bu, təkcə COVID-19-a qarşı istifadə olunan peyvəndlərə aid deyil, ümumiyyətlə, peyvəndlərə qarşı mövqelər həmişə müxtəlif olub. Demək olar ki, onu vurdurub-vurdurmamaq barədə həmişə tərəddüdlər yaranıb. Əslində bu narahatlıqları və bu cür yanaşmaları başa düşmək mümkündür. COVID-19-a qarşı peyvənd yeni ixtira edilib və buna görə onunla əlaqədar yanaşmalar da fərqlidir. Xatırlayırıq ki, peyvənd hələ hazır olmadığı vaxtlarda vətəndaşlar səhiyyə qurumlarından peyvəndin hazırlanmağı, hazır olandan sonra isə ölkəyə gətirilməsi üçün müraciətlər edirdilər. Artıq həmin dövr arxada qalıb, ölkəmizə kifayət qədər peyvənd gətirilib və onun vurulması da çox uğurla aparılır. Şübhəsiz ki, koronavirusla ən güclü mübarizə maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydalara əməl etməklə yanaşı vaxtında virus əleyhinə peyvəndin aparılmasıdır. İlk növbədə peyvənd tədbirinə həssas qrupa aid xroniki və digər yanaşı xəstəlikləri olanlar və yaşı 65-dən yuxarı əhali qrupundan başlanılıb. Hazırda peyvəndlənmənin sürəti kifayət qədər yüksəkdir. Vətəndaşlar əvvəlki dövrlərdə olduğundan daha həvəslə və könüllü olaraq peyvənd vurdururlar. İlk vaxtlarda olan şübhələr və inamsızlıq halları demək olar ki, azalıb. Hər dəfə peyvəndə qoşulanların yaş həddi azaldılaraq yeni mərhələni əhatə edəndə gənc və orta nəslə mənsub olanlar arasında bu işə daha həvəslə qoşulanları görürük. Yaşı 30-dan yuxarı olanlar az qala hər gün müraciət edərək peyvənd vurdurmaq istədiklərini və onlara nə vaxt növbə çatacağını gözləyirlər”.

İşçi qrupunun üzvü peyvəndin yan təsirləri barədə danışarkən deyib: “Yan təsirlər peyvənd edildikdən sonrakı 24 saat ərzində yarana biləcək qısamüddətli narahatlıqlar - hərarətın qalxması, halsızlıq, şişkinlik və s. ola bilər. Hər bir orqanizm fərdi keyfiyyətə malikdir və ona görə də peyvəndə cavab reaksiyası fərqli ola bilər. Artıq üç aya yaxındır ki, peyvəndlənmə prosesi gedir. İndiyədək halsızlıq, inyeksiya yerində ağrı, şişkinlik halları müşahidə edilsə də, hələlik peyvənd zamanı allergik reaksiyalara rast gəlinməyib, ürəkkeçmə, iflic olma halları yaşanmayıb. Ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini illərdən bəri istifadə olunan inaktiv peyvəndlər qrupuna aiddir və onların da təhlükəsizliyi 100 faizə yaxındır”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video