06:00 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səhiyyə Nazirliyinin nümayəndəsi: İndi koronavirusun olmamasına və peyvəndin qoruyucu gücünə şübhə edənlərə çox az-az rast gəlinir
ANA SƏHİFƏ / SƏHIYYƏ
13:32 12.04.2021

 

Yeni növ koronavirus (COVID-19) pandemiyası peyvəndlərin yaradılmasında yeni bir dövrün əsasını qoydu. Əvvəllər peyvəndin istehsalı üçün 10-15 il vaxt lazım gəlirdisə, indi həmin müddət bir ilə qədər azaldı. Vaksinasiyanın əsas məqsədi orqanizmdə güclü immunitet yaratmaq, yoluxucu xəstəliklərin yayılma təhlükəsinin qarşısını almaqdır. Beləliklə ötən il iyunun əvvəllərində Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini qeydə alındı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya ölkələri COVID-19-a qarşı 180-ə yaxın peyvənd hazırlayıb. Onlardan 35-i insanlar üzərində sınaqdan keçirilib.

Ölkəmizdə hazırda “CoronaVac” vaksinindən istifadə olunur. Bu peyvənd immun sistemini hərəkətə gətirməklə yanaşı, xəstəliyə qarşı güclü mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova peyvəndin kimlərə vurulub-vurulmaması barədə məlumat verərkən deyib: “Peyvənd olunan gizli COVID xəstəsi olduqda və özü də bu barədə xəbərsizdirsə, yaxud bir müddət əvvəl özü də hiss etmədən xəstəliyə yoluxub sağalıbsa, bunun heç bir zərəri və təhlükəsi gözlənilmir, çünki onun orqanizmində anticisimlər formalaşmış olur. Lakin hansısa xəstəliyin klinik olaraq təzahürü varsa - fərqi yoxdur, istər infeksion, istər cərrahi xəstəliklər, istəsə də kəskin insult olsun - peyvənd olunmaq əks göstərişdir. Ümumiyyətlə, hər hansı dərman preparatına qarşı həmişə əks təsir ola bilər . Lakin bunu da nəzərə almaq lazımdır ki, insan orqanizmi fərdi xüsusiyyətlərə malikdir və ona görə bu barədə qabaqcadan hansısa proqnoz vermək olmaz. Lakin müəyyən xəstəlik qrupları var ki, məsələn, kəskin allergik reaksiyalar varsa, həmin dövrdə peyvənd vurulmur”.

“Hamilələrin vaksin edilməsi ilə əlaqədar tədqiqatlar aparılmayıb. Ona görə də onlara peyvənd vurulması hələlik əks göstərişdir. Bununla əlaqədar kifayət qədər məlumat yoxdur. Əgər hamiləlik planlaşdırılırsa, bu, peyvənddən iki ay sonra ola bilər”, - deyə həkim əlavə edib.

Peyvənddən əvvəl və sonra əməl olunmalı qaydalar barədə məlumat verən Səhiyyə Nazirliyinin nümayəndəsi deyib: “ İndi xəstəliyin növbəti bir dalğası yaşanır və təbii ki, peyvənd olunmaq istəyənlərin də sayı artıb. Pandemiyanın ilk dövrlərində peyvəndlər haqqında müəyyən şayiə və söz-söhbətlər yayılmışdı, indi xəstəliyin olmamasına və peyvəndin qoruyucu gücünə şübhə edənlərə çox az-az rast gəlinir. Peyvənd olunmağa gedəndə anamnezində olan xəstəliklər barədə, nə vaxtsa anafilaktik şok keçiribsə, bu barədə mütləq həkimə məlumat vermək lazımdır. Peyvənd ediləndən sonra heç bir allergik reaksiya müşahidə olunmursa, rahatlıqla evə getmək olar. İnyeksiya yerinə toxunmaq və su vurmaq olmaz. Ona görə də peyvənddən sonra üç-beş gün ərzində sauna və hovuzdan istifadə etməmək tövsiyə olunur. Həmçinin bir müddət özünü soyuqdan qorumaq, iynə vurulan qolu yükləməmək və bədəni yormamaq məsləhət görülür”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM