14 Aprel 2020 00:34
1017
Səhiyyə
A- A+

Səhiyyə işçilərinə hədiyyələr təqdim edilib


Bu gün bütün dünyada, eləcə də ölkəmizdə koronavirus pandemiyası ilə ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu infeksiyaya yoluxmuş insanların müalicəsi, karantinə alınmış şəxslərin müayinəsi, o cümlədən bütün əhalinin sağlamlığının təmin edilməsi məqsədilə Azərbaycanın peşəkar səhiyyə işçiləri səfərbər edilmişdir.

Səhiyyə işçiləri bu mübarizədə böyük qəhrəmanlıq və fədakarlıq göstərərək var gücü ilə çalışır, öz sağlamlıqlarını risk altına qoyaraq xəstələrə yardım göstərirlər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirusla mübarizə aparan həkimlərin əməkhaqqının böyük miqdarda artırılması ilə bağlı göstəriş verib, həkimlərə öz rəğbət və minnətdarlığını ifadə edib.

Eyni zamanda bu günlərdə bir sıra dövlət və özəl qurumların koronavirusla mübarizə aparan həkimlərin əməyini müxtəlif hədiyyələr formasında qiymətləndirməsi, onlara hörmət və ehtiramlarını bu şəkildə nümayiş etdirməsinin şahidi oluruq.

Mənəvi Dəyərlərin Təbliği Fondu da koronavirus pandemiyası ilə bilavasitə mübarizə aparan həkimlərə mənəvi dəstək göstərmək, xalqımızın onların yanında olduğunu nümayiş etdirmək, qəhrəmanlarımızda ruh yüksəkliyi yaratmaq məqsədilə bir qrup səhiyyə işçisinə hədiyyələr təqdim edib.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video