08 Dekabr 2011 01:12
527
Oxucu məktubları
A- A+

Şəhidlərə dərin ehtiramla

 

Şəhidlər xiyabanına getmişdim. Gördüklərim məni heyran etdi. Çünki əvvəllər heç belə deyildi. Dağınıq, sistemsiz cərgələrin arasında gəzmək olmurdu. Qəbirlər də hərəsi bir cür, zövqsüz, səliqəsiz...

Son vaxtlar şəhər icra hakimiyyətinin təşəbbüsü ilə şəhidlər xiyabanı başdan-başa yenidən qurulur. Bütün məzarlar sıra ilə eyni ölçüdə, eyni formada bərpa olunur. Qara mərmər üzərində hər şəhidin adı, soyadı, olum və ölüm tarixləri ilə yanaşı, şəkli də həkk edilib. Başda da 19 metr hündürlüyündə abidə-kompleksi ucaldılır. Burada 366 şəhid, 44 naməlum əsgər və 5 Milli Qəhrəman uyuyur. Burada mənim balam Samiq Qəhrəmanov da var.

Samiq 1973-cü ildə Gəncə şəhərində anadan olub. 7 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra maşınqayırma texnikumuna daxil olub. Oxumaqla yanaşı, 2 saylı uşaq gənclər idman məktəbində güləşlə məşğul olurdu. Ölkə çempionatında qalib gələrək mükafat alıb və idman ustası adını qazanıb. Samiq həm də hərbi komissarlığın nəzdində olan sürücülük məktəbini bitirmişdi.

1991-ci ildə ordu sıralarına çağırıldı. "N" saylı hərbi hissənin birinci taburunda xidmət edir, Zəngilan ərazisində vuruşurdu. Hərbi hissənin komandiri, mayor V.Şükürov yazırdı ki, qısa bir müddətdə Samiq sübut etdi ki, həqiqətən, Azərbaycan xalqının qorxmaz oğludur. Buna görə o, bölmə komandiri təyin olundu. Mərdliklə vuruşur, erməni faşistlərinin başına od yağdırırdı. Neçə dəfə ağır sınaqlardan uğurla çıxdı. 1992-ci il avqust ayının 21-də Samiqin axırıncı döyüşü oldu. Ermənilərin bir postunu susdurmalı idi. Döyüş dostları ilə qısa bir vaxtda düşmənin iki səngərini aldı. Üçüncü səngəri götürən zaman isə ağır yaralandı. Elə bu yaradan da Samiq Məhəmməd oğlu Qəhrəmanov Zəngilan rayonunun Qazançılar kəndində şəhid oldu.

O zaman hərbi hissənin şəxsi heyəti Kəpəz Rayon İcra Hakimiyyətinə məktub yazaraq xahiş etmişdi ki, Samiqin oxuduğu 7 nömrəli orta məktəbə qəhrəman şəhidin adı verilsin. Nəsə baş tutmadı, arzu ürəkdə qaldı.

İndi səliqə-sahmanlı xiyabana baxanda təskinlik tapıram ki, elə bu hörmət, bu ehtiram hər bir şəhidə, o cümlədən elə mənim oğlum Samiqə də ən böyük abidədir.

 

Raziyyə QƏHRƏMANOVA,

şəhid anası,

Gəncə şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video