09 Aprel 2021 18:57
614
CƏMİYYƏT
A- A+

Şəhid Toğrul Fərəczadənin xatirəsi anılıb

 

Ağsu rayonunun Bico kəndindən olan, Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlı Toğrul Fərəczadənin uyuduğu kənd qəbiristanlığındakı məzarı yanında anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasiminə gələnlər şəhidin qəbri üzərinə əklil qoyub, tər qərənfillər düzüblər.

Anım mərasimində 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olan Toğrulun Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışılıb. Vurğulanıb ki, Toğrul Fərəczadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Çıxışlarda, habelə Toğrul və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində ermənilərin diz çökdürüldüyü vurğulanıb.

Mərasim iştirakçıları sonra şəhidin doğulub boya-başa çatdığı ata ocağına gəlib, burada ayrıca bir otaqda yaradılan muzeylə tanış olublar. Muzeydə nümayiş etdirilən, şəhid Toğrul Fərəczadənin qısa həyat yolunu əks etdirən sənəd və fotolar hər kəsdə böyük maraq doğurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video