20 Yanvar 2012 12:01
392
Mədəniyyət
A- A+

Şəhid balalara

 

Mədinə Gülgün

 

Dərdimi necə deyim, vallah deyə bilmirəm.

Mən necə üsyan edim yerə, göyə - bilmirəm.

Başıma qara salıb, qara geyə bilmirəm.

Bu şəhid balaların ölən çağı deyildi.

 

Ağlatdılar daşı da, torpağı da, ay Allah,

Sındırdılar bir körpə budağı da, ay Allah.

Bağlı qaldı neçə bəy otağı da, ay Allah.

Bu şəhid balaların ölən çağı deyildi.

 

Bir gəlinin əlindən getməmişdi hənası,

Bir gülləylə dağıldı onun ömür dünyası.

İndi analar tutur oğul yası, qız yası,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Bu, zamanın hökmümü - inana bilmirəm mən,

Bu dərdlərin önündə yenə əyilmirəm mən.

Sənə təsəlli üçün sözüm çatmır, ey Vətən.

Bu şəhid balaların ölən çağı deyildi.

 

Dayanmışam kədərlə məzarların önündə,

Dönür göz yaşlarına göydə duman da, çən də.

Dünya mənə dar gəlir elimin dar günündə.

Bu şəhid balaların ölən çağı deyildi.

 

Dayanmışam, gözümdə iki damla yaş mənim,

İçimdə haray salan tufan mənim, qış mənim.

O güllələr dəyəydi bu sinəmə kaş mənim

Bu şəhid balaların ölən çağı deyildi.

 

Hələ çoxlu fidanın boy atası vaxtıdır.

Quşların körpələri oyadası vaxtıdır.

Çox ananın kam alıb, toy tutası vaxtıdır.

Bu şəhid balaların ölən çağı deyildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video