07 May 2021 00:45
1633
CƏMİYYƏT
A- A+

Şəhid baba və nəvənin xatirəsinə abidə-bulaq kompleksi inşa olunub

 

Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa olunub.

Kompleksin açılışında bildirilib ki, Birinci Qarabağ müharibəsində baba Gülverdi Hüseynov, İkinci Qarabağ savaşında isə onun nəvəsi  Gülverdi Qasımov şəhidlik zirvələrinə yüksəliblər. Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub. Ölkədə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan İ.Gülməmmədova  onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini deyib.

Sonra qəsəbə ağsaqqallarından Məhəbbət Qasımov, xeyriyyəçi Ağasəlim Məmmədov, nəvə Gülverdinin təhsil aldığı Qobu 2 nömrəli tam orta məktəbin drektoru Səkinə Abbasova çıxış edərək xatirələrindən, şəhidlərin döyüş yollarından danışıblar.

Sonda şəhidlərimizin ruhuna dualar oxunub

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video