30 Sentyabr 2011 06:09
526
Oxucu məktubları
A- A+

Şəhid atasına hayan durmaq savabdır

 

Redaksiyamıza Şabran rayonundan Ramazan Məmmədov adlı bir ağsaqqal zəng vurub gileyləndi ki, oğlunun məzarını neçə vaxtdır ziyarət edə bilmir:

- Oğlum Qarabağ müharibəsində şəhid olub, onunla birlikdə 9 nəfər də Şabran şəhərinin üstündəki ucalıqda dəfn olunublar. Həmişə gedərdik, qəbirləri ziyarət edərdik, tədbirlər keçirilərdi. Ancaq xeyli vaxtdır ki, burada Taxtakörpü ərazisində böyük su anbarının tikintisi gedir. Bu işə də sevinirik. Ancaq şəhid məzarlarına gedən yolun bir hissəsi dağıldığından oğlumun qəbrini neçə vaxtdır ki, ziyarət edə bilmirəm. Özüm əliləm, bir ayağım yoxdur, oğlumun qəbri üçün ürəyimin başı göynəyir. Barı bir traktor ayıraydılar, minib gedərdim,  təskinlik  tapardım. Məzarın üstünü ot-alaqdan təmizləyərdim.

 Necə olur ki, hələ bitməyən Qarabağ müharibəsi şəhidinin atasının oğlunun məzarını ziyarət etmək üçün qonum-qonşudan, yerli hakimiyyətdən əli üzülür  və Bakıda tanımadığı bir ünvana ağız açır?! Yəni savab iş tutmaq, can yandırmaq, yaxşılıq etmək beləmi dəbdən düşüb? Bölgə müxbirimiz bu sualla birbaşa Şabran Rayon İcra Hakimiyyətinə müraciət edib. Ona bildiriblər ki, Ramazan kişinin xahişi təcili yerinə yetiriləcək, məzarlığa gedən yolun təmiri isə artıq dövlət planına salınıb.

 

Xalqla əlaqə şöbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video