15 Avqust 2021 02:23
989
İQTİSADİYYAT
A- A+

Şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil olunur

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə şəhid ailəsi üzvləri və qazilər üçün informasiya texnologiyaları üzrə hazırlıq kursları təşkil edir.

 Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ayın əvvəlindən kurslara seçim mərhələsi başlayıb.

Müsahibələr zamanı namizədlərlə ilkin tanışlıq aparılır, onların peşə maraqları, layihədən istək və gözləntiləri öyrənilir. Hazırda davam edən seçim mərhələsində artıq 40 nəfər şəhid ailəsi üzvləri və qazi müsahibədə uğur qazanaraq kurslara cəlb olunub.

Seçim mərhələsində namizədlərə Psixologiya Elmi-Tədqiqat İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən psixoloji dəstək tədbirləri də həyata keçirilir.

 Dövlət Məşğulluq Agentliyinin “Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirdiyi “Peşəkar” layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirənlərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək. Layihə çərçivəsində tərəfdaşlar onların işlə təminatına da dəstək göstərəcəklər.

 Kursa qeydiyyat davam edir və qoşulmaq istəyən şəxslər https://cutt.ly/GmG1GyR linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video