11:35 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində qayğıkeşlik davamlı xarakter daşıyır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 15.04.2021

 

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunması nəticəsində 1 milyon vətəndaşımız doğma yurd-yuvalarından didərgin düşmüş, düşmənlə müxtəlif illərdə aparılan döyüşlərdə minlərlə əsgərimiz şəhid və qazi olmuşdur. Azərbaycan dövləti bütün bu dövr ərzində imkanlarından maksimum istifadə edərək həmin kateqoriyadan olan insanların sosial problemlərinin həllinə xüsusi qayğı göstərmişdir.

Təkcə məcburi köçkünlər üçün hər cür şəraiti olan 100-dən çox yaşayış qəsəbəsi salınmışdır. Bu gün isə şəhid ailələrinə və qazilərə belə imkanlar yaradılır. Hazırda Vətən müharibəsində şəhid olan döyüşçülərin ailələri  və qazilər  üçün  dövlət tərəfindən müxtəlif sosial proqramlar həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşların xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Ümumiyyətlə, son üç ildə  bu kateqoriyadan olan insanlara təqdim edilən mənzil və fərdi evlərin dinamikasında ciddi artım var. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamı bu istiqamətdə  daha mühüm irəliləyişlərə imkan yaradıb. Həmin sərəncama əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev təqdim olunacaq. Bununla 2014-2019-cu illərdə uçota alınmış bu kateqoriyadan olan şəxslər, eləcə də 2020-ci ildə hərbi əməliyyatlarda (o cümlədən Vətən müharibəsində) şəhid olanların ailələri və müharibə əlilləri yaxın 5 ildə mənzil və fərdi evlə tam təmin ediləcəklər.

Cari ildə isə 3 minədək mənzil və fərdi ev istifadəyə verilməklə bu sahədəki  təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Artıq “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla, 2021-ci ilin planı üzrə 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9430 mənzil və fərdi ev paylanıb.

Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərkən xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi prosesi  də davam edir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların səyyar formada əyani müayinələrini həyata keçirir. Yaralı hərbi qulluqçuların paytaxt və regionlar üzrə yaşadıqları ünvanlarda, yaxud tibb müəssisələrində ziyarət edilməklə müayinəsi aktları tərtib edilir.

Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin hərbi həkim komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir. Yekun mərhələ olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə çevik şəkildə baxılaraq əlilliyin qanunvericiliyə uyğun operativ qiymətləndirilməsi aparılır.

Bundan əlavə, Azərbaycanda reabilitasiya texnologiyaları sektorunun gücləndirilməsi sahəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə icrasına başlanan layihəyə dair maraqlı tərəflərin məlumatlandırılması və prosesə cəlb olunması məqsədilə onlayn toplantı keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məcilsin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və digərləri iştirak ediblər.

Toplantıda Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının daim gücləndirildiyi vurğulanıb. Reabilitasiya vasitələri növlərinin siyahısına ötən il daha 23 yeni növün əlavə edildiyi, hazırda həmin siyahıda reabilitasiya vasitələri növlərinin 60-a çatdığı qeyd olunub. Ölkəmizdə yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqla təminat proqramlarına başlandığı da diqqətə çatdırılıb.

Bütün bunlar  ölkəmizdə sözügedən kateqoriyadan olan insanlara diqqətin  davamlı xarakter daşıdığını göstərir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM