18:22 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şəhid ailələri və müharibə əlillərinə, digər həssas qruplardan olanlara daha 50 mənzil verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:12 25.10.2021

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsində şəhid ailələri, müharibə əlilləri, gözdən əlilliyi olan şəxslər və dövlət uşaq müəssisələrinin məzunlarına daha 50 mənzil təqdim edilib.

Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

AZƏRTAC-ın verdiyi xəbərə görə, H.Abdullayev bildirib ki, bu gün, oktyabrın 25-i Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun ötən il Vətən müharibəsində əldə etdiyi Qələbələrdən biri kimi Qubadlının işğaldan azad edildiyi gündür. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qubadlı bu gün azaddır və azad edilmiş bütün yurd yerlərimiz kimi, orada da üçrəngli bayrağımız dalğalanır.

Nazir müavini möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Artıq 31 min şəxsin bu dəstək tədbirləri ilə əhatə olunduğunu deyib. O qeyd edib ki, Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə növbəti mənzillərin təqdim edilməsi dövlətimizin həm də sosial sahədə güclü, uğurlu siyasətini göstərir.

H.Abdullayev ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verildiyini, dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir və onlardan artıq 1850 mənzil verilib. Vətən Müharibəsi qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

Yeni mənzillərlə təmin edilənlər Prezident İlham Əliyevin xüsusi qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Onlar bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM