06 Noyabr 2016 12:11
711
Oxucu məktubları
A- A+

Şəhər stadionumuz yenidən quruldu

 

Ən kütləvi idman növü də futboldur, ən çox tamaşaçı cəlb edən də! Bu baxımdan Göyçay şəhər stadionunun yenidən qurulması rayonda idmanın bu növünə maraq göstərənləri daha çox sevindirib.

6 hektar ərazini əhatə edən stadionun girişi daha müasir qapılarla əvəzlənib, 2500 oturacaq quraşdırılıb, ətrafa təzə hasar çəkilərək üzərinə üzlük daşlar vurulub. Bunlardan əlavə, qaçış zolağına asfalt döşənib, ot örtüyü dəyişdirilib, monitor  quraşdırılıb. İndi stadionda irimiqyaslı idman yarışları keçirmək mümkündür.

Stadionun müasir tələblər səviyyəsində yenidən qurulması bizim də üzərimizə böyük məsuliyyət qoyub - uşaqlar, yeniyetmələr və gənclər  arasında istedadları  seçib üzə çıxarmaq məsuliyyəti. Biz də çalışacağıq ki, rayonumuzda idmanın bu  növünü inkişaf etdirib respublika futboluna layiqli töhfələr verək. Bunun üçün kompleks tədbirlər planı hazırlamışıq. Artıq müvafiq iş aparırıq.

 

Namət ŞİRİNOV,

 Göyçay Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-gənclər idman məktəbinin direktoru, əməkdar məşqçi

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video