21:44 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səfir Milan Ekert: Çexiya Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir
ANA SƏHİFƏ / PARLAMENT
19:12 06.11.2020

Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə sədr bildirib ki, Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir. Əlaqələrimizin bu səviyyəyə çatmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin rolu böyükdür. Siyasi dialoqun yüksək səviyyədə olması həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşməsinə öz müsbət təsirini göstərir. Biz gələcəkdə Çexiya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.

Bildirilib ki, ölkələrimiz arasında bu günədək imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Son illər ərzində bu sahədə görülən işlərin məntiqi nəticəsi kimi, qarşılıqlı ticarət dövriyyəsinin ilbəil artması müşahidə olunur. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Çexiya da Avropa İttifaqı ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir. İqtisadiyyatın rabitə, ticarət, nəqliyyat, tikinti, maşınqayırma, elektronika kimi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar var.

Spiker bildirib ki, iki ölkənin qanunverici orqanları arasında da müsbət münasibətlər mövcuddur. Bu gün hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin sədri səfirə cəbhədəki son vəziyyət, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi təcavüz aktları haqqında məlumat verib.

Səfir Milan Ekert Çexiyanın ölkəmizlə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayaraq deyib ki, Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Səfir bildirib ki, onun təmsil etdiyi ölkə Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşməsində maraqlıdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini qeyd edərək Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı məsələlər və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM