16:55 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Səfir: Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir
ANA SƏHİFƏ / PARLAMENT
19:30 04.11.2020
Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Spiker Sahibə Qafarova onu parlamentdə görməkdən məmnun olduğunu bildirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan dost Çin ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir.

Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının rolundan danışan Milli Məclisin Sədri ölkə liderlərinin qarşılıqlı səfərlərini xüsusi vurğulayıb. Sahibə Qafarova bu günədək Azərbaycan ilə Çin arasında 81 sənədin imzalandığını və onların əlaqələrimizin gələcək inkişafı üçün etibarlı hüquqi əsas formalaşdırdığını diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, Azərbaycanda 100-dən çox Çin şirkəti qeydiyyatdan keçib və uğurla fəaliyyət göstərir.

Milli Məclisin Sədri bildirib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu böyükdür. Sahibə Qafarova iki ölkə parlamentlərinin deputatlarının beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyindən danışıb.

COVID-19 pandemiyası dövründə ölkələrimizin əməkdaşlığına da toxunan Spiker Sahibə Qafarova koronavirusla mübarizədə Çinin ölkəmizə verdiyi dəstəyə və göstərdiyi yardımlara görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq cəbhə bölgəsindəki vəziyyət haqqında ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Çinin Azərbaycandakı səfiri xanım Quo Min ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

Qonaq ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası əlaqələrin xüsusi rolunu qeyd edib. Bildirib ki, Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həllinə, regionda sülhün və sabitliyin bərqərar olmasına ümid edir.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM