23 May 2021 00:10
1745
Səhiyyə
A- A+

Şəfa tanrısı

 

Qədim Yunanıstanda təbii müalicələrə rəğmən bir çox həkimlər tanrılara da müraciət edirdilər. Asklep (Eskulap) yunan şəfa tanrısı idi. Rəvayətə görə, Asklep tanrı Apollonla ölümlü Coronisin oğlu idi. Lakin Apollon Coronis hamilə ikən ona qəzəblənmiş və buna görə bacısı Artemisin köməyi ilə Coronis və bütün ailəsini məhv etməyə qərar vermişdi.

Ancaq Apollon sevgilisinin cənazəsini düşünəndə bətnindəki oğluna yazığı gəlmiş və bu səbəbdən körpəni onun bətnindən çıxartdırmışdı. Bundan sonra Asklep musiqi, qədim sehr və tibbi biliklərə sahib olan kentavr Khiron tərəfindən böyüdülməsi üçün Pelion dağına aparılmışdır və o, burada adıçəkilən sənətlərin hamısına yiyələnərək insanlara şəfa vermək qabiliyyəti ilə məşhurlaşmışdı. Rəvayətə görə, Asklep əlindəki əsa ilə xəstələrə şəfa verirmiş. Bu əsanın üzərinə isə ilan dolanıbmış. Mifologiyaya görə, Krit çarı Minosom Asklepi çağırıb ki, onun ölmüş oğlunu diriltsin. O, çarın yanına getməyə hazırlaşarkən  görür ki, əsasının üstündə ilan var. Bu ilanı öldürür. Dərhal başqa bir ilan ağzında şəfaverici otla ölmüş ilana yaxınlaşaraq onun yarasına şəfaverici otu sürtür, ölmüş ilan dirilir. Asklep də həmin şəfaverici otu götürüb Krit çarının oğlunu dirildir.

Qədimdə Epidaurusda Asklepion adında bir ibadətgah vardı və o zaman bəzi yunan həkimlər xəstələri müalicə edəndən sonra onları yatmaq üçün həmin ibadətgaha aparardılar. Asklepin qızları Higeya (Gigiyena) və Panaceanın, iki müqəddəs ilanla birlikdə gələrək müalicə etdikləri insanları sağaldacaqlarına inanırdılar.

Asklepin simvolu əsaya sarılmış ilan, qızı sağlamlıq ilahəsi Higeyanın simvolu isə qədəhə sarılmış bir ilandır. Apteklərdə gördüyümüz piyaləyə dolanan ilan simvolunun da buradan qaynaqlandığı ehtimal olunur.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video