03:11 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sayca 32-ci Olimpiya İdman Kompleksi Qəbələdə açılmışdır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:11 19.11.2011

 

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdır. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılmışdır. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılmışdır. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılmışdır. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış oldu.

Qeyd edildi ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcəkdir. Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, Qəbələ Olimpiya İdman Kompleksi ölkəmizdə istifadəyə verilən sayca 32-ci belə idman qurğusudur. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. Kompleksin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlər quraşdırılmışdır.

Dövlət başçısı idman zalı ilə tanış oldu. İdmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılmışdır. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılmışdır. Zallar müasir avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzda xüsusi nəmalma qurğusu quraşdırılmışdır. Buradakı yarışları 80 nəfər izləyə biləcəkdir.

Açıq havada yaradılan idman qurğuları ilə tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, buradakı süni örtüklü açıq stadion 1540 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları vardır.

Prezident İlham Əliyev stadionda gənc futbolçuların məşq prosesini izlədi, onlarla söhbət etdi.

Azərbaycan Prezidenti gənc futbolçularla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirdi, onlara uğurlar arzuladı.

Bildirildi ki, kompleksdə hər cür şəraiti olan üç kottec də inşa olunmuşdur. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.

Qəbələ Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM