28 Yanvar 2018 12:01
908
Oxucu məktubları
A- A+

Saxtakarlara etibar etməyin, həyatınızı riskə atmayın

 

Elə xəstəliklər var ki, yaranma səbəbləri elmə bəlli olmadığından müalicəsi, çarəsi də tapılmır. Onkoloji xəstəliklər də bunlara aiddir. Doğrudur, bu xəstəliyin bəzi növləri ilkin mərhələdə aşkar edildikdə  intensiv müalicə  yolu ilə ondan  qurtulmaq olur. 

Lakin çoxillik akademik araşdırma və axtarışlara baxmayaraq, yaranma səbəbi müəmmalı qaldığından xəstəliyin başlama və inkişaf mexanizmi tam açılmayıb. Bu, bir sıra irsi xəstəliklərə də aiddir. Onların da bir çoxunun müalicəsi yoxdur.

Şübhəsiz, hər xəstə və onun yaxınları  ümidlə yaşayır, hətta möcüzə baş verəcəyinə belə  inanırlar. Bəlkə bəzən də möcüzə baş verir. Bununla belə, möcüzənin  “resepti”  yoxdur və ola da bilməz.

Təəssüf ki, insanların əlacsız vəziyyətindən vicdansızcasına yararlanmağa çalışanlar da var. Real həyatda belələri  şarlatanlıqla məşğuldurlar.  Əllərində, nəfəslərində fövqəladə  təsirə  malik şəfalı güc olması haqqında mif yaradır, pul qazanmaq məqsədilə xəstə  “müalicə” edirlər. Halbuki “müalicə” etdikləri xəstəliklər haqqında ən elementar məlumatlara belə malik olmurlar.

Son zamanlar oxşar  dələduzluğun internet versiyaları da yaranıb. Bir sıra mənşəyi bəlli olmayan saytlar sensasiyalı başlıqlar verir, guya bir sıra ağır xəstəliklərin  müalicəsi olduğunu, bunun bəşəriyyətdən  gizlədildiyini iddia edirlər. Ardınca da  özlərinin “müalicə” üsul və  metodlarını irəli sürürlər. Müstəqil elm xadimləri və mütəxəssislər bu iddiaların absurd olduğunu söyləməklə yanaşı, bir sıra hallarda təklif edilən  müalicə metodlarının sağlamlıq üçün son dərəcə zərərli olduğu qənaətindədirlər.  Belə təkliflərə qətiyyən bel bağlamaq olmaz. Lakin belələri var - insanlar bəzən həkimə getmədən ilk  olaraq  belə “müalicə” üsullarına üstünlük verirlər. Nəticədə   xəstə nəinki sağalır, dəyərli vaxt itirildiyindən  iş-işdən keçir,   vəziyyəti daha     da ağırlaşır...

Yaxşı olardı ki, hər hansı xəstəliyi olan şəxslər dərhal ixtisaslı mütəxəssislərə, həkimlərə müraciət etsinlər. Heç bir elmi, tibbi savadı, bacarıq və vərdişləri olmayan  fırıldaqçıların, mənşəyi şübhəli internet mənbələrinin təkliflərinə bel bağlamasınlar,  həyat və sağlamlıqlarını riskə atmasınlar.  Çarə olmasa belə, profilaktik müalicə ilə bir çox xəstəliklərin  inkişafını dayandırmaq, fəsadlarını minimuma endirmək mümkündür.

 

Ülviyyə QƏNBƏRLİ,

Bakı şəhəri, həkim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video