25 Oktyabr 2021 21:43
1008
DÜNYA
A- A+

Şavkat Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçilib

 

Oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından indiki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini qazanaraq qələbə çalıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,8 faizi deməkdir.

Prezident kreslosu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,6 faizini toplayaraq ikinci, “Milli Dirçəliş” Demokratik Partiyasından Əlişir Kadırov 5,5 səslə üçüncü yerdədirlər. Ekoloji Partiyadan Narzulla Oblomuradov 4,1 faiz, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov 3,4 faiz səs toplayıb.

Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti seçkilərdə müşahidəçi kimi iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə müşahidəçilər arasında olublar.

Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-cı ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Özbəkistanda Prezident 5 il müddətinə seçilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video