06:20 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sarayın yeni dövrü başlayıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:18 25.07.2021

 

Abşeron yarımadasına Tanrı bütün özəllikləri bəxş edib. Xəzər sahili, bundan irəli gələn dəniz havası, nadir bitki aləmi bu yarımadanın qədimdən “vizit kartı” sayılır. Kökü qədimlərə gedib çıxan Abşeron kəndləri isə bu gün də özünə xas olan xüsusiyyətləri yaşatmaqdadır.

Saray kəndi Abşeron rayonunun böyük yaşayış məntəqələrindəndir. Sumqayıt yolunun üstündə yerləşən kənd həm də yarımadanın tarixən qədim yaşayış ərazilərindən sayılır. Keçən yüzilliyin sonlarında baxımsız vəziyyətdə olan kənd hazırda tanınmaz dərəcədə dəyişmişdir.

Qayğıkeşlik və işgüzarlıq olan yerdə nəyi desən dəyişmək, yoluna qoymaq mümkündür. Bu gün Sarayda görülən abadlıq işləri xüsusi plan üzrə aparılır. Vaxtilə 2-3 min sakini olan Sarayda indi 10 mindən çox əhali yaşayır.

- Bir neçə il əvvəl Saraya gələn şəxs kələ-kötür yollardan bezib yenidən bura qayıtmaq istəməzdi, - deyə kənd sakini İbarət Hüseynov bildirir. - Əhalimiz işgüzardır, belə qərara gəldik ki, abadlıq və təmizlik hər kəsin qapısından başlamalıdır. Burada hamı bir-birini tanıyır. Ona görə də qəsəbə sakinləri arasında birlik var. Sağ olsun rayon rəhbərliyi, onlar da hər görüşdə qaldırılan problemləri operativ həll edirlər.

Qəsəbənin Sevil Qazıyeva küçəsinin genişləndirilməsi və müasir tələblərə uyğun abadlaşdırılması üçün öncə maşın və piyada yollarına mane olan qanunsuz hasarlar söküldü. M.Rəsulzadə, V.Axundov küçələrində də eyni qaydada işlər aparıldı və maşın yolları əlavə tikililərdən təmizləndi. Bu gün yaşayış massivinin bütün küçələrinə bardürlər düzülmüş, avtomobil yolları bir neçə metr genişləndirilmişdir. Eyni zamanda ara yollar əhalinin gediş-gəlişi üçün yararlı hala salınmış, əsas küçələrə yol nişanları və məlumatverici lövhələr quraşdırılmış, piyada zolaqları çəkilmişdir. Bir sözlə, qəsəbədə müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilmişdir.

Bundan əlavə, təmir edilən küçələrin hər birində köhnə su xətləri dəyişdirilmişdir. 44 günlük Vətən müharibəsində şəhid olan saraylıların adlarının əbədiləşdirilməsi üçün isə küçələrdə xatirə bulaq kompleksləri yaradılmışdır.

 

Akif ƏLİYEV,

Azərbaycan



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM