10:09 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


00:41 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şanlı Zəfərin tərənnümü

ANA SƏHİFƏ / SİYASƏT
00:37 15.04.2021

 

Hərbi Qənimətlər Muzeyi əbədi qürur mənbəyimiz və erməni faşizmi üzərində qələbəmizin simvoludur

 

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”.

 

Ali Baş Komandan İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında bəyan etdiyi kimi, Azərbaycan min illərin o üzündə belə müzəffər xalq olmasının qürurunu yaşayacaq, erməni faşizmi üzərində həlledici qələbəsinə görə əbədiyyətə qədər fəxarətli olacaq...

Cəmi 44 gün ərzində Azərbaycanın şanlı ordusu qarşısında diz çökən Ermənistan isə xalqımıza qarşı törətdiyi əməllərinə, vəhşiliklərinə görə cəzasını alaraq, çirkin hərəkətləri ilə dünyada ifşa olunaraq rəzil, boynubükük və başıaşağı ölkə kimi yaşamağa məhkumdur...

 

Eyforiya hissindən doğan iştah...

 

İllər idi ki, bu mənfur niyyətli düşmən Azərbaycan xalqının qanına susamış, millətimizin başına çox bəlalar açmışdı. Soydaşlarımız tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırımlara, tükürpərdici vəhşiliklərə məruz qalmışdı. Əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr verən faşist xislətli erməni vandallarının iyrənc əməllərinə çox şahidlik etmiş, öz vətənimizdə qaçqına, köçkünə çevrilmiş, illərlə vətən həsrəti çəkmişdik.

Nə yazıq ki, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri bu qandondurucu əməllər barədə faktlar ortaya qoyulsa da, şahidlərin dili ilə onların başlarına gətirilən haqsızlıqlar çatdırılsa da, bəzi qərəzli ölkələr tərəfindən bu mənfurların vəhşilikləri qəsdən gözardına vurulur, yaşanan dəhşətlərə qarşı susqunluq nümayiş etdirilirdi. Erməni şovinistləri isə törətdikləri əməllərə görə cəzasız qaldıqlarını görərək daha da azğınlaşır, millətimizə qarşı amansız vəhşiliklər törədirdilər. Torpaqlarımıza qarşı açıq-açığına iddia qaldıraraq, xam xəyallar dünyasında yaşayaraq, “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşdülər. Əhalimizin məcburi şəkildə öz ata-baba torpaqlarından qovulan zaman qoyub gəldikləri mülki maşınlarla öyünməyi, bunu dünyaya hərbi güc sayəsində əldə etdikləri qənimət kimi təqdim etməyi də unutmurdular. Yaratdıqları saxta miflərə, quramalara, uydurduqları yalanlara özləri də inanırdılar...

Elə bu eyforiya hissindən doğan iştahla da sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdı və yenidən birbaşa mülki əhalini hədəf seçdi.

 

Qisas günü yetişdi

 

Onların bu namərd əməlləri xalqımızın səbrini daşıran son damla oldu. Artıq qisas günü yetişmiş, Yer üzündə erməni faşizminə son qoymağın məqamı gəlmişdi. Daha azğın düşmənə bundan sonra aman yox idi...

Buna görə idi ki, Qarabağ uğrunda milyonlar dəmir bir yumruğa çevrildi. Şanlı Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına başladı və çox keçmədən ardıcıl parlaq zəfərlərə imza atdı, hər gün xalqımıza qələbə müjdələri verdi. Vətənpərvər oğullarımız öz şücaətləri ilə hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Ana yurd uğrunda öz canlarını qurban verməkdən belə çəkinmədən şəhid, qazi oldular, amma yenə də düşmənə aman vermədilər, mənfurun nəfəsini boğdular. Bayrağımızı illərlə həsrətini çəkdiyimiz Qarabağın hər şəhərində, qəsəbəsində, kəndində, zirvəsində qürurla dalğalandırdılar.

Ali Baş Komandanın qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız zəfər çaldı, düşmən qarşımızda diz çökdü...

Ötən ilin 10 dekabrında isə Azərbaycan xalqı möhtəşəm Zəfər paradında cəsur oğullarını qürur hissi ilə seyr etdi, igidlərimizin darmadağın etdiyi düşmən texnikalarının tamaşasına durdu. Azərbaycanın gücünün qarşısında heç bir qüvvənin, silahın, sursatın dayana bilməyəcəyini görüb bir daha qürrələndi...

 

Ermənistanın işğalçı təfəkkürünü faktlarla sübut edən tarixi ünvan

 

Azərbaycanın qürurverici qələbəsinin, düşmənin isə acı məğlubiyyətinin daha bir təntənəli nümayişi isə Hərbi Qənimətlər Parkında sərgilənir, haqq yolunda qazandığımız zəfəri bütün dünyaya göstərir. 

Bu park Ermənistan ordusunun necə tar-mar edildiyini, hərbi texnikalarının necə yararsız hala salındığını, “dəmir yumruq” sayəsində cəmi 44 gün ərzində Ermənistanın necə diz çökdürüldüyünü ən incə detallarına qədər göstərən qürur yerimizdir. Azərbaycan torpaqlarına göz dikən Ermənistanın işğalçı təfəkkürünü, erməni faşizmini faktlarla sübut edən tarixi ünvanımızdır.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat sərgilənir.

Burada düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqları, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Vətən müharibəsinin gedişatı barədə məlumatlar sərgilənib. Bütün bu eksponatlar Azərbaycana zəfər qazandıran döyüşləri  bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkda sərgilənən Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya isə xüsusi məna kəsb edir. Həmin lövhənin qarşısında dayanan Prezident İlham Əliyev söylədi ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb: “Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var”.

Prezident qətiyyətlə vurğuladı ki, biz bunu unutmamışıq və burada nümayiş olunan  lövhə erməni fərariliyinin təzahürüdür: “Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir”.

 

Azərbaycan xalqının qürur yeri

 

Parkı ziyarət edən hər kəs Azərbaycanın parlaq qələbəsinə uzanan yolda müzəffər ordumuzun şücaətinə şahidlik edəcək, qəhrəman oğullarımızla qürur duyacaq, ana torpaq uğrunda canlarını qurban verərək müqəddəs şəhidlik məqamına ucalan vətən fədailərimizin ruhunu ehtiramla yad edəcək.

Hərbi Qənimətlər Parkı Azərbaycanın parlaq qələbəsinin təzahürü, eyni zamanda Ermənistanın faşist xislətini olduğu kimi, real faktlarla ortaya qoyan məkandır. Açıq səma altında yaradılan bu unikal yer yalnız bu gün üçün deyil, gələcək zaman, tarix üçün də çox dəyərlidir. Çünki burada nümayiş olunan real faktlar min illər boyu təkcə Azərbaycan xalqının deyil, insanlığın erməni faşizmindən qorumasına xidmət göstərəcək.

Bəli, Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının qələbə, qəhrəmanlıq rəmzi olaraq əbədiyyətə qədər tarixdə öz layiqli yerini tutacaq. Zaman axınına qoşularaq daim Azərbaycanın qüdrətini, Ermənistanın məğlubiyyətini bütün dünyaya hayqıracaq...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM