13:45 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şamaxıda Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanışlıq
ANA SƏHİFƏ / SƏFƏRLƏR
02:09 14.09.2011

 

Sentyabrın 13-də Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanmışdır. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir.

Bildirildi ki, kompleksin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılmışdır. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilmişdir. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.

Dövlətimizin başçısı burada inşası nəzərdə tutulan "Olimpik" hotelinin görüntülərini əks etdirən filmə baxdı və perspektiv planı ilə tanış oldu.

Məlumat verildi ki, kompleksdə məşqlər üçün 1500 kvadratmetrlik yeni idman zalı yaradılır. Binanın daxilində trenajor, fitnes, konfrans zalları və sauna qurulacaqdır. Ərazidə yerləşən oyun meydançalarının hamısının örtükləri dəyişdirilir.

Azərbaycan Prezidenti stadionla tanış oldu. Bildirildi ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı da salınır.

Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaqdır.

Bildirildi ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Görülən yenidənqurma işləri nəticəsində kompleksin ərazisi genişləndirilərək 6 hektara çatdırılmışdır.

Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM