13:24 25 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
00:51 25.07.2021

Səmanın fatehi


00:38 25.07.2021

Cüdoda uğursuz start


00:38 25.07.2021

İlk medalçılar


00:36 25.07.2021

Boksçumuz 1/8 finalda


00:35 25.07.2021

Ən çox qəhvə içənlər


00:33 25.07.2021

Ən dadlı qəhvə


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şamaxı Astrofizika Rəsədxanasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi qeyd olunacaq
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
19:49 12.06.2021

Avqustun 4-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 100 illik yubileyinə həsr edilən minikonfrans keçiriləcək.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, konfransda ŞAR-ın gənc əməkdaşları Lütfi Zadənin həyat və yaradıcılığı ilə tanış olacaq, öz apardıqları elmi araşdırmalar barədə məruzələr edəcəklər. Toplantıda gənclərlə yanaşı, təcrübəli əməkdaşların da iştirakı gözlənilir.

Qeyd edək ki, minikonfrans “Zoom” platforması üzərindən keçiriləcək. Tədbirin proqramı iştirakçıların sayından asılı olaraq tərtib ediləcək. Bu barədə əlavə məlumat veriləcək.

Hazırda minikonfransda iştirak etmək istəyənlərdən xahiş olunur ki, əvvəlcə qeydiyyatdan keçsinlər və daha sonra öz çıxışlarının tezislərini hazırlayıb [email protected] ünvanına göndərsinlər. Qeydiyyatdan keçmək üçün sərbəst şəkildə göstərilən elektron ünvana özü haqqında məlumat verməsi və iştirak edəcəyini bildirməsi kifayətdir. İştirak üçün üzvlük haqqı tələb olunmur. Tezisləri avqustun 1-dək göndərmək olar. Tezislərin tərtibi haqqında ətraflı məlumatı Şamaxı Astrofizika Rəsədxanasının saytından əldə etmək olar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM