27 Dekabr 2011 02:12
421
Təhsil
A- A+

Salyanda daha bir məktəb binası istifadəyə verilmişdir

 

"Təhsil millətin gələcəyidir". Bu müdrik kəlam xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Digər sahələrdə olduğu kimi, ulu öndərin təhsil sahəsindəki ideyaları 2003-cü ildən başlayaraq böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təhsil sahəsində müxtəlif layihələrin icrası nəticəsində respublikamızda 2 mindən çox məktəb binası tikilmiş və yenidən qurulmuşdur. Ən ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən, hər cür avadanlıqlarla təchiz olunan təhsil ocaqları ölkənin təhsil sistemində ciddi dönüş yaratmışdır.

Məktəb tikintisi işi bu gün də davam etdirilir. Dekabr ayının 24-də Salyan rayonunun Düzənlik kəndində 180 şagird yerlik yeni məktəb binasının açılışı olmuşdur. İkimərtəbəli tədris ocağının 9 sinif otağı, fizika-kimya laboratoriyası, kitabxanası, geniş akt və idman zalları vardır. Su təchizatı və istilik sistemi müasir tələblərə uyğundur. Şəhid R.İbrahimovun adını daşıyan bu yeni məktəb lazımi avadanlıqlarla təchiz edilib. Yaradılmış xüsusi otaqda 11 kompyuter dəsti yerləşdirilib. Məktəbdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə yaradılmışdır.

Rayon mərkəzindən 46 kilometr aralıda yerləşən ucqar kənd məktəbinin açılışında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək ölkə başçısı İlham Əliyevin gənc nəslin təlim-tərbiyəsinə, fiziki cəhətdən sağlamlığına önəm verdiyini qeyd etdi, bu sahədə həyata keçirilən tədbirlərdən danışdı. O, eyni zamanda əlamətdar hadisə münasibətilə şagirdləri, müəllimləri, kənd əhalisini təbrik etdi.

Tədbirdə Salyan Rayon Təhsil Şöbəsinin müdiri Ə. Bədəlov, Milli Məclisin deputatları F. Ağamalı, A. Mirzəzadə və şəhid R. İbrahimovun qardaşı N. İbrahimov çıxış edərək təhsilə göstərdikləri diqqət və qayğıya görə ölkə başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video