13 Noyabr 2011 12:11
416
İDMAN
A- A+

Şahmatçılarımız Avropa ikincisi oldular

 

Şahmat üzrə kişilərdən ibarət yığma komandamız Yunanıstanda keçirilmiş Avropa çempionatında ikinci yeri tutaraq gümüş medallara sahib olmuşdur. Şahmatçılarımız  sonuncu - 9-cu turda Rumıniya yığmasına 3:1 hesabı ilə qalib gəlmişlər.

Yekun nəticəyə əsasən, yığmamızın aktivində altı qələbə, iki heç-heçə və bir məğlubiyyət var. Bununla yanaşı, millimiz 14 komanda və 23 şəxsi xal toplamışdır.

 Birinci yeri Almaniya yığması, üçüncü yeri isə Macarıstan şahmatçıları tutmuşlar. Almaniya 15 (22,5), Macarıstan 13 (23) xal toplamışdır. Sonrakı yerləri 13 (22,5) xalla Ermənistan və 13 (21,5) xalla Rusiya tutur.

Qadın komandaların yarışında qızıl medalları 25,5 şəxsi xalla 17 komanda xalı toplamış Rusiya millisi qazanmışdır. Polşalılar 14 (23) xalla ikinci yeri tutmuş, Gürcüstan yığması isə 14 (22,5) xalla bürünc medalların sahibi olmuşdur. Sonrakı yerlərdə 12 (21,5) xalla Ukrayna və 12 (21) xalla Fransa şahmatçıları qərarlaşmışlar. Qadın yığma komandamız 20-ci nəticə göstərmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video