21 May 2021 12:14
553
PARLAMENT
A- A+

Sahibə Qafarova: Üçtərəfli bəyanatın tələblərini yerinə yetirən Azərbaycan öz dövlət sərhədlərinin təmin edilməsində israrlı və əzmlidir

 

Bu günlərdə Azərbaycan nümayəndə heyəti İtaliyada səfərdə oldu. Hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. 2018-ci və 2020-ci illərdə Azərbaycan və İtaliya dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 21-də keçirilən iclasında deyib.

İki ölkə arasında əlaqələrin inkişafında TAP layihəsinin əhəmiyyətini qeyd edən Milli Məclisin sədri rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən İtaliya rəsmiləri ilə geçirilən görüşlərdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən ətraflı söhbət edildiyini diqqətə çatdırıb. Spiker bildirib ki, bu yaxınlarda ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olublar və ermənilərin törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər. Beynəlxalq ictimaiyyət erməni vəhşiliyi barədə tədbir görməlidir.

Sahibə Qafarova deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsindən sonra Qarabağ münaqişəsinə son qoyulub və işğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işləri aparılır. Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq, demarkasiya və delimitasiya məslələrini həyata keçirir. Üçtərəfli bəyanatın tələblərini yerinə yetirən Azərbaycan dövlət sərhədlərinin təmin edilməsində israrlı və əzmlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video