11 Sentyabr 2020 14:10
1150
PARLAMENT
A- A+

Sahibə Qafarova: Azərbaycanla Türkiyə arasında mövcud olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir


Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 10-dan Türkiyədə rəsmi səfərdədir. Bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin Ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb.

Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub. Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır.

Xanım nazir deyib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

Qadın sahibkarlığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışıb. O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirib. Qeyd edib ki, "qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər”.

Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqətə çatdırıb ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu, onun ilk rəsmi səfəridir. "Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu, belədir. Biz bir millət, iki dövlətik. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir”, - deyə o əlavə edib.

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri deyib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmir yoludur və onu yalnız Qədim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib.

Milli Məclisin Sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video