10 Oktyabr 2021 00:33
977
Səhiyyə
A- A+

Sağlamlıq cövhəri

 

Hippokrat və Sokratın insan ömrünün uzanması üçün ən ideal qida vasitəsi hesab etdikləri balın 40-dan çox növü var. Ta qədimdən bal həm mühüm qida maddəsi, həm də dərman kimi istifadə olunub.

Ayrı-ayrı bitkilərdən çəkildiyinə görə balın tərkibində insan orqanizmi üçün mühüm olan əksər maddə mövcuddur. Ona görə də bal yeməklə orqanizmdə çatışmayan bir çox maddəni əldə etmək mümkündür. Bal çox asanlıqla həzm edilir və onun əsas xüsusiyyətlərindən biri də infeksiya və mikrob əleyhinə təsir göstərməsidir. Bir sıra dərman vasitələri hazırlanarkən tərkibinə bal qatılır ki, bu vasitə ilə də dərmanın təsiri güclənir, bədəndə yayılması sürətlənir. 

Tərkibi yığılma mənbəyindən və emalından asılı olaraq dəyişən balın içərisində quru maddəyə görə fruktoza 40, qlükoza 35, saxaroza 1,3, üzvi turşular 0, 3, fosfor turşusu 0,03 faiz təşkil edir. Vitamin deposu olan bu arı məhsulu B1, B2, B3, B6, PP, C, K və E vitaminləri ilə zəngindir, eyni zamanda içərisində 21 amin turşusu, 50-dən çox ətirli üzvi birləşmə, 30-dan çox makro və mikroelement var. 100 qram bal insana 308 kkal enerji verir.

 

Təbiətin ərməğanı

 

Türkiyəli diyetoloq Fazile Yılmaz balın şəfaverici xüsusiyyətləri ilə bağlı bildirir ki, arıların hazırladığı bu şirin qida təbii antibiotik, güclü antioksidantdır. İmmunitet sistemini gücləndirir və xərçəngdən qoruyur. Bədənə daxil olan mikrobları zərərsizləşdirir. Yaraların daha sürətli sağalmasına və bədənin özünü daha asan bərpa etməsinə imkan verir.

Baldan müntəzəm istifadə etməklə soyuqdəymə, öskürək, astma, bronxit və müxtəlif bu kimi viral və bakterial xəstəliklərin qarşısını almaq olar. Bu qida həzm sistemini tənzimləyir, ülser müalicəsində kömək edir. Bal bədənə sürətlə enerji verərək yorğunluğu, zəifliyi və əzələ yorğunluğunu azaldır. Yaddaşı və zehni qabiliyyətləri gücləndirir, konsentrasiyanı artırır. Hüceyrələrin bərpasını və yenilənməsini təmin edir. Dərini qidalandırır və cavanlaşdırır. Həmçinin saçların  qidalanmasına səbəb olur.

Təbii şəfa mənbəyi olan bal pis xolesterolu azaldır, ürək-damar xəstəliklərindən qoruyur və qanı təmizləməyə kömək edir. Qan dövranını tənzimləyən və asanlaşdıran təsiri ilə aterosklerozu önləyir. Anemiyanın qarşısını alır, qan istehsalı üçün bədənin ehtiyac duyduğu enerjini qarşılayır.

Göz sağlamlığını qoruyan bal diş ətini qidalandırır. Maddələr mübadiləsini sürətləndirərək kilo vermə prosesini dəstəkləyir.

Bal şəfaverici gücü sayəsində qaraciyəri, sinə bölgəsini və sidik yollarını təmizləməyə kömək edir. Eyni zamanda ağciyərləri qoruyur və bəlğəmi aradan qaldırır. Həmçinin allergik xəstəliklərin qarşısını alır.

 

Diabet xəstələri bal yeyə bilərmi?

 

“Diabet xəstələri bal yeyə bilərmi?” sualına aydınlıq gətirən diyetoloq bildirir ki, şirin qida olması, insanlarda balın qan şəkərinə pis təsir etməsi bu barədə düşünməyə səbəb olur. Ancaq balın dadı təbii quruluşundan qaynaqlanır. İlk dəfə yeyildikdə qanda şəkər bir qədər yüksəlsə də, qısa müddətdə normallaşır. Yəni arılar tərəfindən təbii şəkildə hazırlanan bal diabetə səbəb olmaz: “Şəkərli diabet xəstələrinə həkimlərin razılığı ilə bal yeməyi, şəkərli diabet xəstəliyi olmayanlara isə hər gün müntəzəm olaraq 1 çay və ya desert qaşığı bal istehlak etməyi məsləhət görürəm”.

Lakin bal hər nə qədər bütün dərdlərə dəva olsa da, hər insanda eyni faydalı reaksiyanı göstərməyə bilər. Həddindən artıq istehlak nəticəsində, yüksək kalorisi sayəsində başgicəllənməyə, yüksək hərarətə, qusma və kilo alma kimi hallara yol açar.

Arılar bal istehsalında nektar toplayarkən botulizm adlı bakterial sporlar alaraq bal hazırlaya bilərlər. Yetkinlər bu balı istehlak etdikdə orqanizmlərindəki müdafiə sistemlərinin inkişafı və mədə turşusunun təsiri səbəbiylə onu zərərsizləşdirə bilərlər. Ancaq həzm sistemində botulizm sporlarını təsirsiz hala gətirəcək və çoxalmasını dayandıracaq bakteriyaların inkişafı hələ meydana gəlmədiyi üçün 1 yaşdan kiçik uşaqlara bal vermək məsləhət deyil.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video