10:58 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sağlamlığımızı qorumaq öz əlimizdədir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:38 20.08.2021

 

COVID-19-dan qorunmaq üçün vaksinasiyaya və qayda-qanunlara əməl etmək lazımdır

 

Sağlamlıq xalqımızın genefondunu qorumaq qədər vacib bir məsələdir. Bəzən bunu unudur, özümüzü və ətrafımızı sanki bilərəkdən xəstəliklər girdabına salmaqdan belə çəkinmirik.

 2019-cu ilin son ayından başlayaraq dünyaya sürətlə yayılan koronavirus infeksiyası pandemiyayadək genişlənərək ölkələri və xalqları öz çənginə aldı. İlk vaxtlardan onun qarşısının alınması absurd görünürdü. Yəni heç bir mütəxəssisin dəqiq diaqnoz qoya bilmədiyi bu bəladan çıxış yolları yalnız özünütəcrid, gündəlik adi gigeyenik qaydalara əməl etmək, məsafə saxlamaq, “evdə qal, sağlam ol” devizinə qoşulmaq idi. Bu, o günlər idi ki, hələ heç bir peyvənd və vaksindən söhbət belə getmirdi.

Lakin “min dərdin minbir dərmanı var” imiş. Bu klassik deyim özünü pandemiyaya qarşı mübarizədə də insanlara təsəlli verən amillərdən birinə çevrildi. Müəyyən axtarışlar və tədqiqatlar göstərdi ki, müasir tibb,  inkişaf etmiş səhiyyə heç də bu “bəla”nın qarşısının alınmasında aciz deyil.

ÜST-ün bəşəriyyətə müraciəti də öz təsirini göstərməyə bilməzdi. Belə ki, vaksinlərin tədqiqi və istehsalına da nail olundu, baxmayaraq ki, onların dünya çapında düzgün, ədalətlə bölüşdürülməsində haqsızlıqlara da rast gəlindi. Bu məsələdə Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə açıq şəkildə münasibəti də öz təsirini göstərdi. İlk vaksin alanlardan biri kimi, Azərbaycan, eyni zamanda, pandemiya ilə mübarizədə də qabaqlayıcı tədbirlər ölkəsi kimi nümunəyə çevrildi. Bu, ilk növbədə, ölkə vətəndaşlarının sağlamlığının dövlət səviyyəsində qorunması deməkdir.

Qayıdaq vaksinlərin insanlara təsiri və ona inam məsələsinə. Ölkə əhalisinin vaksinasiyada iştirakı könüllülük prinsipinə əsaslandığı üçün, ilk vaxtlar məsələnin ciddiliyinə fikir verənlər az oldu. Peyvəndin yan təsirlərini bəhanə gətirib, hətta saxta sənəd almaq təşəbbüsləri də üzə çıxdı. Maraqlıdır, peyvənd məgər insanlara hələ uşaqlıq illərindən vurulmurmu? Onun yan təsirlərindən çəkinmək, bununla da özünü könüllü olaraq xəstəliyin girdabına atmaq hansı məntiqə sığır?!

Ən sevindirici hallardan biri isə vaksinlərin tədqiqində Azərbaycan həkimlərinin də iştirak etməsidir. AMEA-nın müxbir üzvü, eləcə də Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin əməkdaşı, Akdeniz Universitetinin professoru Tərlan Məmmədov da belə mütəxəssislərimizdəndir. Onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanmış COVID-19-a qarşı bitki əsaslı peyvənd haqqında informasiyalar  dövri mətbuatda az dolaşmadı. Tərlan Məmmədov COVID-19-a qarşı peyvənd hazırlayan ilk azərbaycanlı alimdir. Təxminən bir ildən artıqdır qrup Türkiyənin Akdeniz Universitetində bu istiqamətdə işlərə başlayıb. COVID-19-a qarşı həm peyvəndlər, həm dərman, həm də xəstələrdə antikor səviyyəsinin təyin edilməsi üçün kitlər hazırlayıb. Mühüm testlər çoxdan başa çatıb.

 Haqqında söz açılan peyvəndlərin heyvanlar üzərində testləri göstərib ki, onların qanında yüksək funksional antikorlar sintez edilir. Ən mühüm olan - virusu neytrallaşdırma testlərini Türkiyənin digər universitetləri ilə birgə tədqiqatlarla başa çatdırıblar: “İşlərin davamını xüsusi laboratoriyalarda görmək tələb olunduğundan, SARS-CoV-2 virusu neytrallaşdırma testləri türkiyəli professor Aykut Özdarendelinin laboratoriyasında aparıldı. Bizim bu yöndə birgə işlərimiz var. Bir neçə ay öncə professor virusu neytrallaşdırma testləri həyata keçirdi. Mənə zəng edərək virusu neytrallaşdırma fəallığı yüksək olan peyvəndin əldə olunduğunu bildirdi...” - deyə T.Məmmədov məlumat verib.

Bu gün tətbiq olunan vaksinlər barədə ictimaiyyətin məlumatı az deyil. Bunların əksəriyyəti biotexnologiyalar vasitəsilə, digər qrup vaksinlər isə klassik üsulla hazırlanır. Məsələ ondadır ki, virus mutasiyaya uğradıqca hazırlanan peyvənd də yenidən işlənmə tələb edir.

Həkim deyir ki, mutasiyaları nəzərə alaraq, yeni sekvenslər yaradırıq. Yeni peyvəndin üstünlüyü də ondadır ki, mutasiyalara qarşı daha effektlidir. Hazırda tanınan peyvəndlərin bir qismi üçüncü nəsil texnologiyaların iştirakı ilə hazırlanır.

Peyvənddən sonra da koronavirusa yoluxub xəstəliyi ağır keçirənlər var. Bu məsələyə münasibət bildirərkən professor qeyd edir ki, koronavirusa təkrar tutulma mümkün haldır: “Peyvənd bədənə vurulubsa, ona qarşı orqanizmdə antikor (antitel) sintez olunmalı və bu da virusu neytrallaşdırmalıdır. Antitel lazımi miqdarda sintez olunursa, xəstəliyə qarşı immunitet yaranır, əks halda yenidən xəstəliyə tutulma riski ortaya çıxır. Deməli, əgər peyvənd vurulduqdan sonra da antikor kifayət qədər sintez olunmayıbsa, xəstəlik təkrar yaşana bilir.

Demək, antitelin sintez olunması bədənin spesifik xüsusiyyətlərindən irəli gələn məsələdir. Digər yandan peyvəndin qoruyuculuq göstəricisi də şərtdir. Bir insanda peyvənddən sonra koronavirusa təkrar yoluxma varsa, daha güclü təsir edən peyvəndə müraciət etməlidir ki, antikor sintez oluna bilsin”.

Vaksinasiya prosesinə qoşulmaya görə də ölkəmiz öndə gedənlərdən sayılır. Ölkə əhalisinin son üç ayda yarısından çoxunun peyvəndləmədə fəal iştirakı sevindirici olsa da, bu gün yoluxma və ölənlərin sayının yüksəlməsi diqqətdən kənar qala bilməzdi. Ötən gün Azərbaycanda vaksinasiyada iştiraka baxanda sevinsən də, yoluxma və ölüm hallarının rəqəmlərinin sürətlə artması, əlbəttə, vəziyyətin ciddi nəzarətə alınmasını da reallaşdırır. Pandemiya dövrünün ən şiddətli günlərində Azərbaycan  nəinki yerləşdiyi regionda, əslində, dünya dövlətləri arasında mübarizə aparmaqda nümunəyə çevrilmişdi. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və qanunlarda müəyyən yumşaldılmaya gedildi. Əhalinin isti yay aylarında özünü qorumasına şərait və imkanlar yaradılması vacib şərt hesab edilməklə, müəyyən kütləvi tədbirlərin keçirilməsinə icazə də verildi. Sən demə, bütün bunlar insanlar tərəfindən birmənalı  dərk edilmədi: sanki pandemiya bitdi! Buna görə də  arxayınçılıq yarandı...

Məhz bu arxayınçılığın nəticəsidir ki, koronavirusdan qorunmaq əvəzinə, bəziləri  qayda-qanunları pozmaqda “yarışdı”. Söhbət ictimai yerlərdə qaydalara əməl etməməkdən gedir. Qapalı məkanlarda tibbi maskadan istifadəni belə çoxları “unutmuş”, bəziləri nəinki toy və yas mərasimlərində əvvəlki qaydada “doğmalaşır” - qucaqlaşır, nəfəs-nəfəsə təmasda olur.

İctimai nəqliyyatda kimsə yanında tibbi maskasız dayanan, yaxud oturan sərnişindən - yol yoldaşından  soruşmur ki: “niyə maska taxmır, məsafə saxlamır?!” Daha acınacaqlısı isə odur ki, polisin cəriməsindən çəkinir, amma koronavirusun insanları məhv etməsindən qorxmuruq.

Budur günün mənzərəsi, məhz belə laqeydliyin nəticəsidir ki, pandemiya ölkəmizdə yenidən “ayaq açıb”: Son sutkada koronavirusa yoluxanlarımızın sayı 3614-dür. Ölənlərin sayı 23-ə çatdı. Rəqəmlər həyəcan siqnalı çalmırmı?! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında göstərilir ki, indiyədək ölkədə ümumilikdə 380918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 342256 nəfər müalicə olunaraq sağalıb, 5231 nəfər vəfat edib, aktiv xəstə sayı 33431 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15786, ötən müddət ərzində isə ümumilikdə 4268668 test aparılıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM