02:59 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şagird və abituriyentlərin nəzərinə: otk.az portalına yeni sınaq imtahanları əlavə olunub
ANA SƏHİFƏ / TƏHSIL
12:22 07.12.2020

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə buraxılış və qəbul imtahanlarına uyğun onlayn sınaq imtahanları keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub. Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.

9-cu sinif üzrə sınaq imtahanı buraxılış imtahanının yeni modeli əsasında, 11-ci sinif üzrə sınaq imtahanı 2020-ci ildə keçirilmiş buraxılış imtahanı modeli əsasında hazırlanıb. 9-cu sinif sınaq imtahanı məktəb proqramının 5-9-cu sinif 1-ci yarımil, 11-ci sinif buraxılış sınaq imtahanı 5-11-ci sinif 1-ci yarımil mövzularını əhatə edir.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər. İmtahan başa çatan kimi iştirakçılar nəticələri əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə "otk.az”da "Təlimatlar” bölməsində tanış olmaq mümkündür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM