19:12 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sabahın aktyoru
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
01:10 23.10.2016

İki il əvvəlin söhbətidir. Bakının Nizami rayonundakı 12 nömrəli tam orta məktəbdə “son zəng” keçirilirdi. Həmin mərasimdə balaca İbrahimin şeir söyləmək qabiliyyəti, səsinin intonasiyası iştirakçıların böyük marağına səbəb oldu.   Bundan sonra o,  məktəbdə keçirilən bütün tədbirlərin iştirakçısına çevrildi. 2015-ci ildə birinci sinifdə oxuyarkən şeir müsabiqəsində qalib gəlib diploma layiq görüldü. İkinci sinifdə oxuyanda rayondakı uşaq-gənclər mərkəzində fəaliyyət göstərən dram dərnəyinə üzv yazıldı.

M.F.Axundzadə  adına Milli Kitabxanada, Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının ev-muzeylərində, C.Naxçıvanski adına hərbi liseydə keçirilən mərasimlərdə, televiziya kanallarının uşaq verilişlərində, radioda dəfələrlə şeir söyləyib tamaşaçı və dinləyici rəğbəti qazandı.  Ötən ilin noyabr ayında Bakı Şəhər Təhsil İdarəsinin keçirdiyi “Azərbaycan folkloru” xalq yaradıcılığı festivalında şeir nominasiyasına qatılıb rayon üzrə seçim turnirində birinci yeri tutdu.  İbrahim Əhmədov bu il aprel ayında “Səni tərənnüm edirəm, Azərbaycan” adlı şeir müsabiqəsində də fərqləndi.

Dərslərindən də əla qiymətlər alan İbrahimi gələcəyin aktyoru adlandırırlar.

 

Mətanət ƏLİBƏYLİ,

müəllim

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM