27 Sentyabr 2021 19:33
378
SİYASƏT
A- A+

Rusiyalı ekspert: Azərbaycanın hərbi-iqtisadi potensialı Ermənistanın müvafiq potensialını əhəmiyyətli dərəcədə üstələyir

 

Azərbaycana qələbəni “Bayraktar” PUA-larından daha çox ölkənin ali hərbi-siyasi rəhbərliyinin düzgün qurulmuş davranış xətti gətirib, özü də münaqişə başlamazdan xeyli əvvəl.

AZƏRTAC xəbər verir ki, bu barədə hərbi şərhçi Mixail Xodaryonokun “Qazeta.ru” internet nəşrinin saytında dərc olunmuş məqaləsində deyilir.

Materialda qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahlı dəstələri arasında 44 günlük müharibənin gedişində döyüş əməliyyatlarının təhlili adətən Türkiyə istehsalı olan “Bayraktar TB2” tipli pilotsuz uçuş aparatlarının (PUA) və İsrail istehsalı olan “IAI Harop” tipli patrul döyüş sursatının taktiki-texniki xarakteristikalarını araşdırmaqdan başlanır və çox vaxt iş bununla da başa çatır. Lakin hər hansı silahlı qarşıdurmanın uğuru heç də təkcə innovasiyalı sursat nümunələrinin döyüş tətbiqindən asılı deyil.

Müəllif qeyd edir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra onun ordusunda hərbi quruculuq və operativ-strateji planlaşdırma təcrübəsinin çatışmaması hiss olunurdu. O yazır: “Azərbaycan Prezidenti İlham Əliyev gələcək qələbə üçün iki mühüm iş görüb. Birincisi, o, özünün siyasi hədəflərinin icrası üçün hərəkət vasitəsi olan Azərbaycan Silahlı Qüvvələrini yaratdı. Bu, böyük səylər və vəsait hesabına başa gəldi. İkincisi, Əliyev Türkiyənin dəstəyinə əmin idi. Mübaliğəsiz demək olar ki, Ankara bu gün regional liderdir. Nikol Paşinyan və Ermənistanın ali dövlət və hərbi rəhbərliyi Bakının fonunda aşkar şəkildə zəif görünürdülər. Həm ölkənin və silahlı qüvvələrin müharibəyə qabaqcadan hazırlanması planında, eləcə də erməni qüvvələrinin daim döyüş və səfərbərlik hazırlığının dəstəklənməsi üçün çox az iş görülmüşdü”.

Hərbi şərhçi yazır: “Döyüş qabiliyyətli silahlı qüvvələr olmadan hər hansı siyasi bəyanatların dəyəri yoxdur. Görünür, Yerevan kiminsə təmənnasız yardımına arxayın olmamalıdır. Qərb Ermənistandan uzaqdadır və təşvişdən başqa heç nə nümayiş etdirmir. Rusiyaya isə bu hadisəyə tam qarışmaq və bütünlüklə Yerevanın tərəfində olmaq heç sərf eləmir. Moskva dəfələrlə bəyan edib ki, eyni zamanda, həm Ermənistan, həm Azərbaycan onun tərəfdaşlarıdır”.

Mixail Xodaryonok hesab edir ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin gedişində qələbənin fərəhini gördü. Bu faktın əhəmiyyətini lazımınca dəyərləndirmək çətindir. İndi Bakıda Dağlıq Qarabağın statusu barədə məsələni müzakirə etmək niyyətində deyillər. Hətta İlham Əliyev bəyan edib ki, status məsələsi ümumiyyətlə gündəlikdən çıxarılmalıdır. Bütövlükdə, vəziyyətin Yerevan üçün hələ əlverişsiz olması göz qabağındadır. Əhalisi çox olmayan (üstəlik, getdikcə azalan) və məhdud maliyyə resurslarına malik ölkə, sadəcə, funksional baxımdan mükəmməl müasir ordu yaratmaq iqtidarında deyil.

Müəllif yazır ki, Yerevanın milli hərbi-hava qüvvələri yaratmağa gücü çatmaz. Rusiyalı ekspert vurğulayır: “Azərbaycanın hərbi-iqtisadi potensialı Ermənistanın müvafiq potensialını əhəmiyyətli dərəcədə üstələyir və bu fərq sürətlə artmaqda davam edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video