13:13 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya Prezidenti koronavirusla bağlı vəziyyətə görə özünütəcrid rejiminə keçib
ANA SƏHİFƏ / DÜNYA
21:05 14.09.2021

 

Rusiya Prezidenti Vladimir Putin onun ətrafında koronavirusa yoluxma hallarının aşkarlanması səbəbindən özünütəcrid rejiminə əməl etməlidir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, Vladimir Putin bu barədə Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı zamanı məlumat verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, dövlət başçısının təmasda olduğu bir neçə nəfər koronavirusa yoluxub. Rusiya lideri bundan sonra test verib. “Prezident tamamilə sağlamdır”, - deyə Kremlin nümayəndəsi bildirib. Onun sözlərinə görə, özünütəcrid Putinin intensiv işləməsinə təsir göstərmir, o, öz fəaliyyətini videokonfrans rejimində davam etdirir.

Rusiya Prezidenti bir gün əvvəl paralimpiyaçılarla söhbətində onun çevrəsində bir çoxlarının koronavirusa yoluxduğunu, bu səbəbdən özünün də karantinə gedə biləcəyini söyləmişdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM