02 Sentyabr 2021 12:30
1335
Mədəniyyət
A- A+

Rusiya istehsalı olan iki film “YARAT”da nümayiş ediləcək

 

“YARAT” Film Klubu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə Rusiya kinorejissorlarının "Səmadan dərhal döyüşə" və "Afrika" adlı tammetrajlı filmlərini təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, bu filmlər “YARAT”da açılan cari sərginin konsepsiyasına uyğun olaraq müxtəlif nəsillər arasında fərqliliyi təcəssüm edir.

Bu gün saat 19:00-da nümayiş ediləcək "Səmadan dərhal döyüşə" filmi İkinci Dünya müharibəsi və Qış müharibələri zamanı hava-desant qoşunlarının komandanı, ordu generalı, Sovet İttifaqı Qəhrəmanı Vasili Margelovun taleyindən bəhs edir. Film, desantçılar arasında kulta çevrilmiş "Batya" adlı seriala istinadən çəkilib.

Sentyabrın 3-də saat 16:00-da göstəriləcək “Afrika” adlı filimdə isə hadisələr 1943-cü ilin qışında, Leninqradın ağır blokadası vaxtında cərəyan edir. Yemək axtarışı zamanı can verən hərbi iti tapan kənd uşağı Yeqorka çətin seçim qarşısındadır – ailəsini, yoxsa iti xilas etsin...

Filmlərin nümayişində iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video