27 Oktyabr 2011 06:10
429
DÜNYA
A- A+

Rusiya İrana radioelektron mübarizə vasitələri satdı

 

Rusiya İrana radioelektron mübarizə üçün mobil vasitələr satmışdır. Bundan əlavə, digər növ silahların satılması ilə bağlı danışıqlar aparılır. Məlumata görə, belə silahların Tehrana satışı BMT-nin müvafiq qətnaməsi ilə qadağa edilməyib. Bu barədə "Defense Nyus" xəbər verir.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktor müavini Konstantin Biryulinin dediyinə görə, İrana verilən vasitələr sırf müdafiə sistemləridir.

Tehranla razılaşmaya uyğun olaraq, ölkəyə 1L222 "Avtobaza" tipli komplekslər göndərilmişdir. Bunlar, əsasən, şüa verən hədəflərin, o cümlədən təyyarə radarlarının, silahı idarəetmə radarlarının passiv axtarışı və aşağı yüksəklikdə uçuşların təmin edilməsi üçün tətbiq olunur.

Bundan əvvəl Rusiya İrana 5 ədəd S-300 zenit-raket divizionunun satılması barədə müqavilənin icrasını dayandırmışdır. 800 milyon dollarlıq saziş 2007-ci ildə imzalanmışdır. Ötən ilin iyununda BMT İrana praktiki olaraq bütün növ silahların satılmasına qadağa qoyan qətnamə qəbul etmişdir. Həmin ilin sentyabrında Rusiya Prezidenti Dmitri Medvedev BMT qətnaməsinin müddəalarının icrası barədə fərman imzalamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video