10:24 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rusiya Federasiyasının Sverdlovsk vilayətində Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş veriliş yayımlanmışdır
ANA SƏHİFƏ / SİYASƏT
03:12 25.12.2011

 

Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşəbbüsü ilə Rusiyanın ən nüfuzlu telekanalı "Rossiya 24" və Sverdlovsk vilayətinin Dövlət Telekanalı ilə yayımlanan "Doroqa v Azerbaydjan" həftəlik verilişinin növbəti buraxılışı efirə getmişdir.

"Doroqa v Azerbaydjan" verilişinin aparıcısı, Rusiya Federasiyasının əməkdar artisti, Sverdlovsk Akademik Teatrının solisti, həmvətənimiz Anatoli Brodski bildirmişdir ki, verilişin bu dəfəki sayca 164-cü buraxılışı Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuşdur.

Sverdlovsk vilayətinin Qanunverici Məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa müddət ərzində bütün sahələrdə irəliləyişə nail olunduğunu demişdir.   

"Bu gün biz böyük məmnunluqla qeyd edirik ki, Azərbaycan müasir və güclü Avropa dövlətinə çevrilmişdir. Azərbaycan dinamik inkişaf edir. Bu gün Sverdlovsk vilayətində 40 minə yaxın azərbaycanlı yaşayır və çalışır. Onlar vilayətin inkişafına layiqli töhfələrini verirlər", - deyə L.Babuşkina vurğulamışdır.

Keçən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi  95 milyon ABŞ dolları olmuşdur. Vilayətin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Aleksandr Xarlov bildirmişdir ki, cari ildə bu rəqəmin 60 faizdən çox artacağı gözlənilir. Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafında Prezident  İlham Əliyevin xüsusi töhfəsi vardır.

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov isə demişdir ki, son səkkiz ildə Azərbaycan iqtisadiyyat, səhiyyə, mədəniyyət və idman sahələrində böyük uğurlara imza atmışdır. Mən çox şadam ki, bizim universitetdə azərbaycanlı tələbələr də təhsil alır.

Filmdə qeyd olunmuşdur ki, 2003-cü il oktyabrın 15-də müstəqil Azərbaycan tarixində yeni səhifə açılmışdır. Prezidentliyə bir çox namizədlərin olmasına baxmayaraq, Azərbaycan xalqı bu yüksək vəzifədə yalnız İlham Əliyevi görmək istəyirdi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi səkkiz il ərzində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Keçən ilin sonunda ölkənin strateji valyuta ehtiyatları 14 dəfə artaraq 29 milyard ABŞ dollarına çatmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir. Bu müddət ərzində 900 mindən çox yeni iş yeri açılmış, son 10 ildə əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Müstəqilliyinin 20-ci ildönümündə isə regionun sülhün və sabitliyin təminatçısına çevrilən Azərbaycanın əldə etdiyi ən böyük nailiyyət BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi olan Azərbaycan növbəti ildə bu yarışmanı paytaxt Bakıda keçirməklə dünya ictimaiyyətinin diqqətini bir daha Odlar yurduna  cəlb edəcəkdir.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM