14 Sentyabr 2011 02:09
350
Məktublar
A- A+

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatolyeviç!

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq aləmdə nüfuzu artır.

Azərbaycan ilə Rusiya arasında bu gün strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz sanballı töhfə vermisiniz. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə yönəlmiş səyləriniz Azərbaycanda böyük razılıqla qarşılanır.

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın rifahı naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Mən bizim aramızda yaranmış, qarşılıqlı hörmətə və etimada əsaslanan şəxsi münasibətləri yüksək qiymətləndirirəm.

Əziz Dmitri Anatolyeviç, Sizə və bütün ailənizə möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublika

sının Prezidenti

 

Bakı, 7 sentyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video