27 Noyabr 2021 18:51
733
Elm və texnika
A- A+

Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub  

Azərbaycana səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun laboratoriyaları ilə tanışlıq zamanı qonaqlara burada aparılan tədqiqat işləri və kadr hazırlığı, eləcə də müasir avadanlıq və texnologiyaların iş prinsipləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti ilə keçirilən görüşdə “Rusiya Elmlər Akademiyası ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri” mövzusunda təqdimat edilib. Qonaqlara AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin yaranma tarixi, bölməyə daxil olan institutlar, bu elmi müəssisələr tərəfindən müxtəlif elmi istiqamətlər üzrə əldə olunmuş mühüm elmi və praktiki nəticələr, eləcə də Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında məlumat verilib. Həmçinin “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin AMEA və REA arasında əməkdaşlığın yeni mərhələsini təşkil etdiyi vurğulanıb.

Tədbirdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb, müştərək layihələrin icrası istiqamətində təkliflər irəli sürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video