21 Oktyabr 2011 06:10
482
DÜNYA
A- A+

Rumıniya Amerikanın RƏM sisteminin yerləşdirilməsinə razılıq verdi

 

Rumıniya hökuməti NATO-nun raket əleyhinə müdafiə (RƏM) obyektlərinin ölkə ərazisində yerləşdirilməsinə imkan verən qanun layihəsini bəyənmişdir. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir.

Qanun layihəsi Rumıniya parlamentində dəstəkləndikdən sonra qüvvəyə minəcək. Bu məsələ ilə bağlı səsvermə ilin sonunadək keçirilməlidir. ABŞ-ın dövlət katibi Hillari Klinton və Rumıniyanın xarici işlər naziri Teodor Bakonski sentyabrın 13-də Rumıniya ərazisində RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalamışlar. Sazişə əsasən, 2015-ci ildə Deveselu şəhərindəki hərbi bazada RƏM obyektləri yerləşdiriləcək.

RƏM sisteminin Avropada qurulması 2018-ci ildə başa çatmalıdır. Sistemin obyektləri Rumıniyadan başqa Polşa, Çexiya, Türkiyə, İspaniya və Hollandiyada yerləşdiriləcək. ABŞ və NATO rəhbərliyi RƏM obyektlərinin Avropada yerləşdirilməsini İran və Şimali Koreya tərəfindən nüvə təhlükəsi ilə əsaslandırır. Öz növbəsində Rusiya bu planları milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video