12:03 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rövnəq Abdullayev: Azərbaycan son illərdə Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə yatırıb
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:10 18.09.2021

"Azərbaycan son illər ərzində Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə qoyub. Bunun da 300 milyonu Gürcüstanın qazlaşdırma sahəsinə yönəldilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni tikilən idman kompleksinin açılışı mərasimində söyləyib.

Rövnəq Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin strateji tərəfdaş olan Gürcüstan dövləti ilə əlaqələrin inkişafına və bu ölkədə yaşayan soydaşlarımıza daim diqqət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu gün Gürcüstanda Azərbaycan sərmayəsi hesabına həyata keçirilən layihələr bunu bir daha sübut edir.

O deyib ki, bu gün bir sıra ölkələrdə əhalinin təbii qazla təminatında müəyyən çətinliklər mövcuddur. Azərbaycanda əhalinin qazla təminatı 96 faiz, Gürcüstanda 90 faizə yaxındır. Qonşu Rusiya və İranda isə bu göstərici 70 faizə qədərdir.

“Biz bu nailiyyətə Gürcüstan hökuməti ilə birgə əməkdaşlıq və birgə səylərimiz nəticəsində nail olmuşuq”, - deyə R.Abdullayev vurğulayıb.

SOCAR prezidenti sakinləri kənddə yeni idman kompleksinin və futbol meydançasının açılışı münasibətilə təbrik edib. Bu cür idman meydançaları və komplekslərin Gürcüstanda idmanın inkişafına böyük təkan verəcəyini bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM