16 Dekabr 2011 01:12
398
SİYASƏT
A- A+

Roland Kobia: Avropa İttifaqı 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha fəal dəstək verəcəkdir

 

Cari il Avropa İttifaqının (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı nöqteyi-nəzərindən mühüm hesab olunur.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir.

Diplomat vurğulamışdır ki, bu il Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə daha sıx cəlb olunmasına dair çoxlu sayda çağırışlar səslənmişdir. Aİ bu münaqişənin sülh yolu ilə nizamlanması prosesinə sadiq qalır. Bu il Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Filipp Lefortu Aİ-nin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin etmişdir. Bu diplomat Minsk prosesinə müəyyən dəstək imkanı verən spesifik mandata malikdir. Düşünürəm ki, bu, Ketrin Eşton tərəfindən Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olduğunu sübuta yetirən dəqiq və güclü mesajdır. Bu, həm də Aİ-nin bu məsələdə daha fəal rol oynaması niyyətindən xəbər verir. Biz ATƏT-in Minsk qrupuna daxil deyilik, bununla belə, onun yanındayıq və əlimizdən gələn dəstəyi verməyə çalışırıq.

Aİ münaqişədə mövcud status-kvonun qəbuledilməz olduğunu etiraf edir - deyən səfir xüsusi qeyd etmişdir ki, problemin sülh yolu ilə həllini tapmaq vacibdir. Biz bu yanaşmaya sadiqik və hesab edirəm ki, 2012-ci ildə Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə daha fəal dəstək verməsinin şahidi olacağıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video