13:33 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Rəsmi statistika haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / QANUNLAR
03:12 25.12.2011

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, №11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №7, maddə 486; 2002, №12, maddə 706; 2003, №1, maddə 4; 2004, №2, maddə 57, №4, maddə 202, №7, maddə 507; 2006, №2, maddə 63, №12, maddə 1005; 2007, №5, maddə 437; 2008, №2, maddə 49; 2009, №12, maddə 957) aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci maddə üzrə:

1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

"rəsmi statistika - inzibati məlumatlar da daxil olmaqla, rəsmi statistika məlumatlarının istehsalı sahəsində fəaliyyətdir;";

1.2. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

"rəsmi statistika məlumatları - bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq, rəsmi statistika məlumatlarının istehsalını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları, digər dövlət orqanları tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik, ekoloji və digər ictimai proseslərin kəmiyyət tərəfləri haqqında inzibati və ilkin statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nəticəsində əldə olunan məlumatlardır;";

1.3. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"inzibati məlumatlar - müvafiq icra hakimiyyəti orqanları və digər dövlət orqanları tərəfindən öz inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar toplanan və rəsmi statistikada istifadə olunan məlumatlardır;";

2.  7-ci maddənin birinci hissəsinin 4-cü bəndindən "(ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə dövlət statistikasının aparılması qaydaları istisna olmaqla)" sözləri çıxarılsın;

3. 13-cü maddənin adında və mətnində "statistik məlumatlara" sözləri "məlumat mənbələrinə" sözləri ilə əvəz edilsin;

4. 14-cü maddə üzrə:

4.1. adında "Rəsmi statistikanın inzibati statistika" sözləri "Rəsmi statistika orqanının inzibati məlumat istehsalçıları" sözləri ilə əvəz edilsin;

4.2. birinci hissənin birinci cümləsində "statistika materiallarının" sözləri "məlumatların" sözü ilə, üçüncü cümləsində "İnzibati statistikanı aparmağı" sözləri "İnzibati məlumatların istehsalını" sözləri ilə əvəz edilsin;

4.3. ikinci hissənin birinci cümləsində "(ətraf mühitin, əməyin mühafizəsi, kommersiya və dövlət sirləri ilə bağlı statistika məlumatları istisna olmaqla)" sözləri "bu qanunun 22-ci maddəsinin tələblərini nəzərə alaraq" sözləri ilə, ikinci cümləsində "inzibati statistika məlumatlarını" sözləri "inzibati məlumatları" sözləri ilə, "statistikanın" sözü "məlumat" sözü ilə əvəz edilsin;

5.  15-ci maddənin üçüncü abzasından ", məhkəmə qərarları əsasında verilmiş məlumatlar istisna olmaqla," sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2011-ci il



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM