16:28 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəsm yaradıcılığının ilk cizgiləri

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:37 31.07.2021

 

İncəsənətin janrları sırasında yer alıb rəngarəng mövzu və düşündürücü mənaları özündə əks etdirən rəsm əsərləri rəğbət duyulan istedadın ərsəyə gətirdiyi nəticədir.

Təsadüfi deyil ki, daha çox subniminal mesajları ilə müxtəlif ideologiyaları xarakterizə edən nümunələrlə rəssamlar dünya tanınmışları sırasında yer alırlar, əsərləri isə məşhur muzey və qalereyalarda nümayiş olunur.

Məşhur əsərlərə böyük cığır yolunu açan ilk rəsm kiçik bir qaya parçasının üzərində çəkilib. Cənubi Afrikada Blombos mağarasından tapılan bu rəsmin 73 min yaşı var. Alimlər deyirlər ki, ilk ağıllı insan Homo Sapiens bu rəsmi çəkərkən qırmızı oxra qələmindən istifadə edib. Yeri gəlmişkən, bu qələmdən Neolit dövründə (e.ə VII-VI minillik) insanlar öz heyvanlarını tanımaq məqsədilə onların üzərinə rəng çəkmək məqsədilə də istifadə edirdilər.

Qaya parçası üzərindəki rəsm kəsişən xətlərdən ibarətdir. Bu xətli rəsmlərə sonrakı dövrlərdə Avstraliya və Fransadakı digər insan məskənlərində də rast gəlinib. Berqen Universitetinin tədqiqatçı alimi Kristofor Henşilvud bu xətlərin hansı mənanı ifadə etdiyinin hələ də məlum olmadığını vurğulayıb. O qeyd edirdi ki, mağaranın tədqiqatı zamanı tapılan bu daş parçasının üzərindəki ləkə və kirli təbəqə ilk başda onun adi daş olduğunu göstərsə də, laboratoriyada yuyulan zaman daşdakı qırmızı xətlər asanlıqla üzə çıxmışdır.

K.Henşilvud rəsmin üzərindəki xətlərə “belə görünür ki, insan yaradıcılığının bu hissəsi işarələrin vəhdətindən ibarətdir”, - deyə şərh verib.

Bu gün müasir insanın ərsəyə gətirdiyi möhtəşəm əsərlərin başlanğıc tarixini bundan götürmək absurd görünsə də, unutmaq olmaz ki, dünya yarananda hər şey primitivliyi ilə seçilirdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM