21:55 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurulub

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:29 31.07.2021

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurulub.

Proqramın bağlanış mərasimində dövlət agentliyinin sədri Ülvi Mehdiyev, EHİM-in direktoru Fariz Cəfərov, proqram iştirakçıları və media nümayəndələri iştirak ediblər.

 Agentliyin sədri Ülvi Mehdiyev “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 110-a yaxın media nümayəndəsinin maarifləndirildiyini və sertifikatlarla təltif edildiyini vurğulayıb. Həmçinin proqramın mediaya və onların xətti ilə cəmiyyətin maariflənməsinə verdiyi töhfə, bu cür sosial məsuliyyət layihələrinin inkişafa gedən yolda önəmi vurğulanıb.

Tədbirdə proqramın birinci hissəsi çərçivəsində təşkil olunan vörkşopları və iştirakçıların proqram haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra proqramı müvəffəqiyyətlə bitirən bütün iştirakçılar EHİM tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Həmçinin proqram çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri də elan edilib. Qaliblər sırasında “Azərbaycan” qəzetinin əməkdaşı Aydan Xəlilova da var.

Tədbirin sonunda iştirakçılar üçün EHİM-in inzibati binasında media-tur təşkil olunub və mərkəzin struktur və bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrini elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlandırmaq və onların vasitəsilə də cəmiyyətin bu istiqamətdə rəqəmsal savadlılığının artırılmasına nail olmaqdır.

Xatırladaq ki, 1-ci və 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı 2020-ci ildə keçirilib və böyük marağa səbəb olub.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM