14:35 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəqabət Məcəlləsi müzakirə ediləcək
ANA SƏHİFƏ / PARLAMENT
01:09 18.09.2012

 

Sentyabrın 17-də Milli Məclisin  İqtisadi  siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadə yaz və növbədənkənar  sessiyaları zamanı görülən işlər  barədə məlumat verib. O  qeyd  edib ki, rəhbəri olduğu komitə ötən dövrdə məhsuldar işləyib və sessiyalar müddətində komitədə 40-a yaxın qanun layihəsi müzakirə olunub.

Komitə sədri  payız sessiyasının qanunvericilik işləri planı  barədə   geniş  söhbət  açaraq  bildirib ki, qarşıdakı sessiya da  gərgin iş qrafiki ilə seçilir. Qeyd olunub ki, Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət  Məcəlləsi işlər  planına  daxildir. Qərara alınıb ki, bu sessiya çərçivəsində məcəllə üzərində işlər sürətləndirilsin və bu il başa  çatdırılsın. Məcəllənin üçüncü oxunuşda müzakirəsinin komitənin payız sessiyasının gündəliyinə  salındığı vurğulanıb.

Ziyad  Səmədzadə sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacağını, "Təhsil krediti haqqında", "Ölçülmələrin vəhdətinin təmin edilməsi haqqında", "Qiymətləndirmə haqqında" və "Kənd təsərrüfatının koorperasiyası haqqında" qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirib. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.

Sonra komitə üzvləri "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın  dövlət  reyestri haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə layihələrdə redaktə xarakterli dəyişikliklərə baxıblar. 

Hər iki sənədin Milli Məclisin  plenar  sessiyasının  müzakirəsinə  çıxarılması tövsiyə olunub.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM