18 Iyun 2019 15:21
1375
Səhiyyə
A- A+

Rentgen şüalarının təsiri


Orqanizmdə baş verən dəyişiklikləri və meydana çıxan xəstəlikləri dəqiq müəyyən etmək üçün ilkin olaraq diaqnostik metoddan istifadə edilir. Çünki yalnız həmin metod vasitəsilə xəstənin hansı orqanında problemin baş qaldırdığını və onun hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyən etmək mümkündür.

Hazırda diaqnozun qoyulmasında müxtəlif vasitələrdən istifadə edilir. Həkimlərin üstünlük verdiyi müayinə vasitələrindən biri də rentgen, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya şüalanmasıdır.

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb İdarəsinin həkim-radioloqu Elşən Rəhimovun AZƏRTAC-a verdiyi məlumata görə, xüsusən uşaqları rentgen və ya digər şüa-diaqnostika müayinələrindən keçirərkən diqqətli olmaq lazımdır: "Onların sümükləri və əzələ toxumaları bərkimədiyinə görə rentgen şüaları azyaşlılara mənfi təsir göstərə bilər. Yalnız 10 yaşından sonra uşaqların ildə bir dəfə olmaq şərtilə rentgenə salınması mümkündür. Yuxarı yaş həddində olanlara üç-dörd aydan bir rentgen və digər şüa müayinəsindən keçmək məsləhət görülür. Yaşı 60-dan yuxarı olanlar isə yalnız altı aydan bir rentgen müayinəsindən keçə bilər”.

Həkim-radioloqun dediyinə görə, ildə bir dəfə maqnit-rezonans, altı aydan bir kompüter tomoqrafiyasından keçməyin orqanizm üçün mənfi təsiri olmur: "Lakin tez-tez keçmək qanda dəyişiklik və s. əmələ gətirə bilər. Ona görə də tez-tez müayinədən keçməyə çalışmaq lazım deyil. Hamilə qadınların kompüter, xüsusilə maqnit-rezonans tomoqrafiyasından keçməsi müəyyən problemlər yarada bilər”.

Mütəxəssislərin fikrincə, rentgen şüasının orqanizmə mənfi təsirini azaltmaq üçün çoxlu maye qəbul etmək və açıq havada gəzmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video