11:31 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Regionların tərəqqisi üçün yeni imkanlar yaranıb

ANA SƏHİFƏ / SİYASƏT
00:35 20.05.2021

 

İlham Əliyevin bölgələrin davamlı inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verir

 

Postmüharibə dövründəyik. Qələbəmizlə başa çatan İkinci Qarabağ savaşından sonra yaranan reallıqlar fonunda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Milli Prioritetlər - müasir inkişaf modeli qarşıdakı illərdə hərtərəfli yüksəlişin təmini üçün mühüm yol xəritəsidir. Bu prioritetlərin uğurlu icrası Azərbaycana növbəti 10 ildə daha böyük siyasi-iqtisadi uğurlar qazandıracaq.

 

Regionların yüksəlişi hər zaman prioritetlər sırasındadır

 

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırıb. Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyat zərər görsə də, böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

 Bu nailiyyətləri, əlbəttə ki, Azərbaycan öz uğurlu siyasəti hesabına əldə edib, özü də əraziləri işğal altında, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün isə qalib dövlət kimi qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni inkişaf strategiyası müəyyənləşdirib. Bu sənəddə regionların sosial-iqtisadi inkişafı prioritetlər sırasındadır.  

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilində nəzərdə tutulan layihələrin icrası uğurla davam edir. Regionların inkişafına dair dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində görülən işlər ölkə əhalisi tərəfindən də yüksək qiymətləndirilir. Çünki regionlarda yaradılan müəssisələr, fabrik və zavodlar, sənaye park və məhəllələri ilk növbədə yeni iş yerlərinin açılmasını, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsini şərtləndirir, insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, həmçinin qeyri-neft sənayesinin inkişafı getdikcə daha böyük vüsət alır.

Əvvəlki dövlət proqramları əsasında regionların inkişaf etdirilməsi, bölgələrlə paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirildiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilərik. Xüsusilə də son illər regionların inkişafı ilə bağlı aparılan siyasət makroiqtisadi göstəricilərin, bu isə qeyri-neft ixracatında bölgələrin payının artmasına gətirib çıxarıb. Yeni proqram çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması nəzərdə tutulur. Bu rəqəmin daha böyük olacağı da gözlənilir.

 

İqtisadi artımın templərinə görə rekordsmen bölgə

 

Hər ay demək olar ki, ölkənin müxtəlif regionlarında yeni-yeni sosial-iqtisadi müəssisələr açılır, yol-nəqliyyat infrastrukturu yenidən qurularaq istifadəyə verilir.  Prezidentin ötən həftə Naxçıvan və Qəbələyə səfərləri çərçivəsində açılışını etdiyi obyektlər də bunu təsdiqləyir. Yəni həm müxtar respublikada, həm də Qəbələdə açılışı olan, təməli qoyulan mühüm obyektlər görülən işlərin tərkib hissəsidir.

Öncə Naxçıvanda reallaşan layihələrə nəzər yetirək - Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromu, Naxçıvan Qarnizonunun Mərkəzi Hospitalı, Süni Mayalanma Mərkəzi, “Azərxalça” ASC-nin Naxçıvan filialı, Culfa-Ordubad magistral avtomobil yolu, başa çatan “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi. Prezident muxtar respublikaya 15-ci səfəri çərçivəsində  6 yeni obyektin açılışını etdi,  həmçinin Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatına qatıldı.  Bununla yanaşı, İlham Əliyev “ASAN xidmət” Mərkəzinin binasının, Ordubad Su Elektrik Stansiyasının tikintisi, eləcə də Ordubad Dəmir Yolu Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu.

Prezident muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirləri, kompleks quruculuq işlərini yüksək qiymətləndirərək vurğuladı ki, Naxçıvan sürətlə inkişaf edir, bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi, elektrik enerjisi ilə təchizat artıq 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə elektrik enerjisinə həsrət qalan Naxçıvan indi özünü enerji ilə tam təmin edir və bərpaolunan mənbədən bəhrələnir. Burada yol-nəqliyyat və digər infrastrukturların yenidən qurulma prosesi də uğurla icra edilir. Bütün şəhərlərin magistral yollarla bir-birinə bağlandığı da bunu bir daha təsdiqləyir. Naxçıvanın sosial-iqtisadi və qeyri-neft sənaye potensialı da inkişaf etməkdədir. Son 20 il ərzində iqtisadi artımın templərinə görə, Naxçıvanı rekordsmen bölgə adlandıran Prezident  dedi ki, burada ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Yəni bütün bunlar inkişafın təzahürüdür. Bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.

 

Yeni dəmir yolu xətti, 310 metrlik körpü

 

Prezidentin Qəbələ səfəri zamanı da bir sıra mühüm obyektlər istifadəyə verildi. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışını etdilər. Həmçinin Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatıldılar. Eyni zamanda Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində, 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində görülən işlərlə tanış oldular.

Dəmir yollarının müasirləşdirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisidir.  Yeni istifadəyə veriləcək Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,5 kilometrdir.

Müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən paytaxta və digər bölgələrə gedən sakinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatmasına hərtərəfli imkan yaradacaq.

Bum çayı üzərində yeni körpü və yol Prezidentin “Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Qəbələnin Nic qəsəbəsi isə tolerantlığın kiçik modeli hesab olunur. Bu kənddə hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını bu qəsəbədə məskunlaşıb. Bütün bunlar bir daha təsdiq edir ki, dünyada həm də multikultural məkan kimi tanınan Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar.

 Prezident qəsəbədə olarkən tapşırıqlar da verdi. Qəsəbədəki 1 nömrəli məktəb təmir edilməli, eyni zamanda həyətində  idman kompleksi yaradılmalıdır. Bu işləri Heydər Əliyev Fondu həyata keçirəcək. 4 nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə reallaşdırılacaq.

 

Yeni layihələr Qarabağın da dirçəlişinə təkan verəcək

 

Respublikanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib.

İcrası başa çatan dövlət proqramları çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına, ümumilikdə,  24,2 milyard manat vəsait yönəldilib. Dövlət başçısının şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayıb. Bu illər ərzində regionlarda yeni qaz xətləri, su təchizatının yaxşılaşdırılması üçün içməli su xətləri çəkilib, modultipli sutəmizləyici qurğular quraşdırılıb. Uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, körpü və tunellər istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində son 17 ildə minlərlə məktəb, yüzlərlə uşaq bağçası, tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

Regionların yüksəlişi sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verib. Elə bunun nəticəsidir ki, bütün bunların sayəsində  regionlara investisiya qoyuluşu getdikcə artır və yeni müəssisələr, iş yerləri açılır. Tezliklə işğaldan azad edilən ərazilərdə  reallaşacaq sosial layihələr də həm Qarabağın dirçəlişinə təkan verəcək, həm də “Böyük Qayıdış”ı sürətləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM