11:08 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəcəb Tayyib ƏRDOĞAN: Fransa söz və ifadə azadlığını ayaqlar altına atdı
ANA SƏHİFƏ / SİYASƏT
02:12 24.12.2011

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Viktor Yanukoviç ilə Ankarada keçirdiyi mətbuat konfransında  qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması haqqında qanun layihəsinin Fransa parlamentində qəbul olunmasına münasibət bildirmişdir.    

R.T.Ərdoğan demişdir ki, qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması qərarından sonra əlaqələri yenidən gözdən keçirəcəyik və bunu mərhələlərlə aparacağıq. İlk olaraq, məsləhətləşmələr üçün Parisdəki səfirimizi geri çağırdıq. İkili səviyyələrdə siyasi, hərbi və iqtisadi sahələrdəki bütün tədbirləri ləğv edirik. Avropa İttifaqı çərçivəsindəki layihələrdə də Fransa ilə əməkdaşlığa getməyəcəyik. Hər cür siyasi məsləhətləşmələr dayandırılır, hərbi təlimlər ləğv olunur, hərbi təyyarələr üçün uçuş işarəsi, gəmilər üçün dənizlərə giriş də sərtləşdirilir. Gələn il keçirilməsi nəzərdə tutulan iqtisadi əməkdaşlıq konfransı da keçirilməyəcəkdir. Bu, ilk mərhələdir və gələcəkdə Fransanın hərəkətlərinə uyğun olaraq yeni addımlar da atılacaqdır.

Türkiyə hökumətinin başçısı vurğulamışdır ki, bu qərarla söz və ifadə azadlığını, Fransa inqilabının prinsiplərini ayaqlar altına atmış Fransa parlamentinin Volter və Montöskyenin ideyalarından danışmağa haqqı yoxdur. Türkiyə bu qərarı kəskin şəkildə pisləyir və rəsmi Parisin irqçilik siyasətini bütün dünyaya yayacaqdır. Fransa parlamentində 575 millət vəkilinin onda birinin də olmadığı şəraitdə belə qərarın qəbul olunması da ciddi deyildir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM