07 Iyun 2021 19:17
1254
Elm və texnika
A- A+

Ramiz Mahmud oğlu Məmmədov


Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vəfat etmişdir.

Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almış, 1974–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçmiş və 1977–1980-ci illərdə həmin İnstitutun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində çalışmış, 1986–1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirmiş, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən isə həmin İnstitutun elmi işlər üzrə direktor müavini işləmişdir. O, 2012-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olmuşdur.

Ramiz Məmmədov 1980-ci ildə okeanologiya ixtisası üzrə namizədlik, 1996-cı ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri – iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil etmişdir. Coğrafiyaşünas-alim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alimin rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olmuş, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Akif Əlizadə

İbrahim Quliyev

Arif Həşimov

Rasim Əliquliyev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video